Icma.az
close
up
RU
Kişilərdən ibarət futbol komandasının qadın məşqçisi: “Aslanın erkəyi, dişisi olmaz” EKSKLÜZİV

Kişilərdən ibarət futbol komandasının qadın məşqçisi: “Aslanın erkəyi, dişisi olmaz” EKSKLÜZİV

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaçmaz, 6 may, AZƏRTAC

Xaçmazın “Şimal” futbol komandası Azərbaycan 2-ci Liqasında uğurla çıxış edərək, sona 3 tur qalmış bürünc medalları təmin edib. Bununla da klub növbəti mövsümdə 1-ci Liqada iştirak hüququ qazanıb. Yeni liqanın hazırlıqlarına başlayan “Şimal” məşqçilər korpusunu da gücləndirib. Baş məşqçi postuna bir vaxtlar “Bakılı”, “Karvan”, “Xəzər-Lənkəran”, “Qarabağ” klublarında oynayan, həmçinin Azərbaycan milli komandasının heyətində çıxış etmiş Zaur Ramazanov təyin edilib. Digər diqqətçəkən təyinat isə əsas komandanın qapıçılarla işləyən məşqçisi ilə bağlıdır. Belə ki, Azərbaycanda ilk dəfə kişilərdən ibarət futbol komandasına qadın məşqçi təyinatı reallaşıb. “Şimal” komandasında bu vəzifə 28 yaşlı gənc mütəxəssis Zülfiyyə Bayramovaya həvalə olunub.

Zülfiyyə Bayramova “Şimal” komandasına məşqçi kimi təyinatı ilə bağlı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 2018-ci ildən “C” kateqoriya məşqçilik sertifikatına sahibdir. O, AFFA tərəfindən keçirilən məşqçilik təlimlərinə qatılaraq, bu kateqoriyanı əldə edib.

“On üç ildən çoxdur müxtəlif komandaların heyətində futbol oynayıram. Qapıçı mövqeyində çıxış edirəm. Bununla yanaşı məşqçilik kurslarını da bitirmişəm. Bundan əvvəl uşaq komandalarında məşqçilik təcrübəm var. Doğma rayonumuzu təmsil edən “Şimal” futbol klubundan əsas komandanın qapıçılarla işləyən məşqçisi olmaq təklifi gəldi. Bu komanda mənə yad deyil. Klubun məşqçilər heyətində mənim futbolçu kimi yetişməyimdə zəhməti olan Fazil Salahov da var. Kluba keçməyimdə onun böyük rolu oldu. Klubla 2025-2026-cı il mövsümünün sonuna kimi müqavilə imzalamışıq. Hazırda “Şimal” 2-ci Liqada son oyunlarını keçirir. Növbəti mövsümdən 1-ci Liqada çıxış edəcəyik. 1-ci Liqaya hazırlıq çərçivəsində komandada aktiv fəaliyyətə başlayacağam. Doğma rayonumuzun komandasına əlimdən gələn köməyi etməyə hazıram”, - deyə Zülfiyyə Bayramova söyləyib.

Zülfiyyə 1997-ci il aprelin 4-də Xaçmazın Arzu kəndində doğulub. Uşaq yaşlarından məhəllədə oğlanlarla futbol oynayıb. 2012-ci ildən Xaçmazda həvəskar səviyyədə klubda çıxış etməyə başlayıb. İstedadlı qolkiper karyerası ərzində “ŞKGB” (Xaçmaz), “Qusar”, “Binə” (Bakı), “Sumqayıt”, “Qəbələ”, “İnter” (Xaçmaz) komandalarının heyətində yer alıb. “Qəbələ” ilə Azərbaycan çempionu və gümüş mükafatçı olub. Ötən ildən “Baku Juniors” qadın futbol komandasının üzvüdür.

Həmsöhbətimiz qadınlardan ibarət Azərbaycan milli komandasının şərəfini də qoruyub. Millidə daha çox ehtiyat qolkiper funksiyasını yerinə yetirən xaçmazlı gənc bir sıra beynəlxalq yarışların da iştirakçısı olub.

“Kişilərdən ibarət komandada işləmək məni qorxutmur. “Aslanın erkəyi, dişisi olmaz” deyiblər. Mən futbolçu karyeramda daim kişi kollektivlərində çalışmışam. Ümidvaram ki, bu təyinat karyeramda yüksəlişə səbəb olacaq”,- deyə Zülfiyyə Bayramova söyləyib.

“Şimal” Futbol Klubunun prezidenti Qılman İbrahimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda komandanın futbolçu və məşqçi heyəti əsasən region gənclərindən təşkil olunub. “Biz 1-ci Liqaya vəsiqəni təmin etmişik. Komandamızın futbolçu, məşqçi, həmçinin inzibati heyətini gücləndirməliyik. Artıq ilkin təyinatlar var. Zülfiyyə Bayramova bölgədə yaşayan azsaylı futbol mütəxəssislərindəndir. Qadınlardan ibarət milli komandamızın şərəfini qoruyub. Fikirləşirəm ki, onun təcrübəsi komandamıza fayda verəcək. Bizim kollektivimizdə çox gözəl ab-hava hökm sürür. Qadın və ya kişi olmasından aslı olmayaraq, hamıya hörmətlə yanaşılır. Əminəm ki, Azərbaycanda ilk olan bu nümunə həm Zülfiyyə xanıma, həm də klubumuza xeyirli olacaq”, - deyə Qılman İbrahimov söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri