Icma.az
close
up
RU
Kişiləri nə zaman təbrik etməliyik ? 9 May, 26 İyun, yoxsa...

Kişiləri nə zaman təbrik etməliyik ? 9 May, 26 İyun, yoxsa...

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda “kişilər bayramı”nın hansı tarixdə qeyd olunmalı olması illərdir müzakirə olunan məsələlərdən biridir. Xüsusilə məktəb və universitetlərdə qızların oğlanları 9 May münasibətilə təbrik etməsi cəmiyyətdə birmənalı qarşılanmır və müxtəlif fikir ayrılıqlarına səbəb olur. Bir qrup bu ənənəni sovet dövründən qalan yanaşma kimi qiymətləndirir, digərləri isə Azərbaycanda kişilər bayramının məhz 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqələndirilməsinin daha doğru olduğunu düşünür. Bəs kişilər üçün xüsusi gün hansı tarixdə qeyd olunmalıdır və cəmiyyətdə bu məsələ ilə bağlı fikir ayrılığı niyə yaranır?
Məsələ ilə bağlı sosioloq Hüseyn İbrahimov Demokrat.az-a bildirib ki,  “kişilər bayramı” anlayışı daha çox Ordu Günü ilə bağlı olub:
"Əvvəllər, Sovet dövründə bu tarix başqa idi. Ancaq müstəqillik əldə etdikdən sonra biz qadınlara aid 8 Martı, uşaqlarla bağlı müəyyən bayramları qeyd etdiyimiz halda, məhz 26 İyun Ordu Günü ilə bağlı bayramı cəmiyyətin mikro səviyyəsində aktuallaşdıra bilməmişik. Düzdür, dövlətimiz tərəfindən bu istiqamətdə müvafiq tədbirlər və rəsmi mərasimlər keçirilir, bu tarix bayram günü kimi qeyd olunur. Amma cəmiyyətin özünün mikro səviyyəsində, ailə münasibətlərində, fərdlərarası münasibətlərdə və qrupdaxili münasibətlərdə bu bayramın önəmini artırmaq olduqca vacib məsələlərdəndir",
Sosioloq deyib ki, 26 iyunun Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunması ilə bağlı ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı da mövcuddur:
"Həmin fərmana əsasən, 26 iyun tarixi respublikamızda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu qərardan irəli gələrək, hər il dövlətimiz tərəfindən həmin gün Ordu Günü, Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir. Yaxşı olar ki, məktəblərdə, bağçalarda, ümumiyyətlə, ibtidai, orta və ali təhsil müəssisələrində bununla bağlı təbliğat işləri gücləndirilsin. Cəmiyyətin müxtəlif strukturlarında, vətəndaş cəmiyyəti institutlarında bu bayramın kütləvi şəkildə qeyd olunması istiqamətində tədbirlər keçirilsin. Bir məsələni də unutmamalıyıq ki, məhz Azərbaycan Silahlı Qüvvələrinin qətiyyəti, əzmi və Ali Baş Komandanın rəhbərliyi ilə biz yaxın tarixdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş bir xalqıq, bir dövlətik.
Bu baxımdan hər hansı başqa bir günün deyil, məhz 26 iyun tarixinin Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü və kişilər bayramı kimi qeyd olunması çox önəmlidir. Bununla bağlı paylaşımların və təbriklərin edilməsi, kişilərin, oğlanların, gənclərin və yeniyetmələrin bu gün münasibətilə təbrik olunması olduqca vacib məsələlərdəndir.
Bu həm Silahlı Qüvvələrimizə ehtiramın ifadəsidir, həm ölkədə kişilərə aid bir bayramın qeyd olunmasıdır, həm də prioritet hədəflərimizin möhkəmlənməsi və bu bayramın daha kütləvi ənənəyə çevrilməsi istiqamətində mühüm addımlardan biri ola bilər", - deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 May 2026 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri