Icma.az
close
up
RU
Kişini şantaj edib 1 000 manat istədi TƏFƏRRÜAT

Kişini şantaj edib 1 000 manat istədi TƏFƏRRÜAT

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zəminə Əsədovanın (adı və soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.

"Cebheinfo.az" Pravda.az-a istinadən xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs tanışı, 1959-cu il təvəllüdlü Rəmzi Səfərovla (adı və soyadı şərtidir) bağlı əldə etdiyi şəxsi xarakterli görüntülərdən istifadə edərək onu rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və müxtəlif vaxtlarda pul vəsaiti alıb.

Cinayət işi materiallarında göstərilir ki, hadisələrin əsası 2025-ci ilin mart ayında qoyulub.

Belə ki, 1989-cu il təvəllüdlü Zəminə Əsədova və Rəmzi Səfərov Bakı şəhərinin Nəsimi rayonunda yerləşən kirayə mənzildə görüşüblər. Tərəflər həmin mənzildə qarşılıqlı razılıq əsasında bir araya gəliblər.

Təqsirləndirilən şəxs görüş zamanı kişinin onunla seksual xarakterli hərəkətlər etməsini əks etdirən görüntüləri gizli şəkildə çəkib. Həmin görüntülər sonradan Rəmzi Səfərova qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Bir müddət sonra qadın kişi ilə telefon əlaqəsi saxlayaraq ondan pul tələb etməyə başlayıb.

O, Rəmzi Səfərova həmin görüntüləri ailə üzvlərinə və digər şəxslərə göndərəcəyini, həmçinin onun barəsində rüsvayedici məlumatlar yayacağını bildirib. Zəminə bu məqsədlə kişidən 1 000 manat məbləğində pul tələb edib. Kişi əvvəlcə bu tələbə razı olmayıb və pul verməkdən imtina edib.

Bundan sonra təqsirləndirilən şəxs çəkdiyi görüntülərdən birini "WhatsApp" tətbiqi vasitəsilə ona göndərib. Görüntünü göndərdikdən sonra Zəminə yenidən pul tələb edib və vəsait ödənilməyəcəyi təqdirdə həmin materialların yaxınlarına və digər şəxslərə göndəriləcəyini söyləyib.

Rəmzi Səfərov təhdidlərin təsiri altında müxtəlif vaxtlarda ümumilikdə 1 000 manat pul vəsaitini təqsirləndirilən şəxsin istifadəsində olan bank kartlarına köçürüb. Köçürmələr 2025-ci ilin mart ayından aprel ayınadək olan müddətdə həyata keçirilib.

Bununla da, istintaqın qənaətinə görə, Zəminə hədə-qorxu yolu ilə 1 000 manat pul vəsaitini ələ keçirib.

Araşdırmalar zamanı məlum olub ki, bununla kifayətlənməyən təqsirləndirilən şəxs sonradan eyni üsulla yenidən pul tələb edib.

İttihama görə, 2025-ci ilin aprel ayında o, yenidən Rəmzi Səfərovla əlaqə saxlayıb. Həmin vaxt kişi Bakı şəhərinin Xəzər rayonu ərazisində, hava limanında olub. Zəminə telefon danışığı zamanı yenidən rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək daha 1 000 manat tələb edib.

Rəmzi Səfərov bu dəfə də təzyiqlərdən sonra tələb olunan məbləği təqsirləndirilən şəxsin istifadəsində olan bank kartına köçürüb.

Beləliklə, istintaqın qənaətinə görə, təqsirləndirilən şəxs Rəmzi Səfərovdan ümumilikdə 2 000 manat məbləğində pul vəsaitini hədə-qorxu yolu ilə əldə edib.

Toplanmış sübutlar, bank köçürmələrinə dair məlumatlar, telefon danışıqları, elektron yazışmalar və digər materiallar əsasında ona müvafiq maddələrlə ittiham elan olunub.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Zəminə Əsədova özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

Məhkəmənin hökmü ilə o, 4 il 8 ay müddətə azadlıqdan məhrum edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyun 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri