“Kişinin dar paltar geyinməsi tövsiyə edilmir” KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dində ayaq üstdə su içməyin haram olub-olmaması məsələsi tez-tez müzakirə olunur. Bəziləri bunu qadağa kimi təqdim etsə də, digərləri isə sadəcə sağlamlıq üçün düzgün olmadığını bildirirlər.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhmədlinin sözlərinə görə, suyun hər hansı formada içilməsi haram ola bilməz: “Məkruh, müstəhəb ola bilər, ancaq haram ola bilməz. İslam mətnlərində suyun axşam vaxtı ayaq üstə içilməsi məkruhdur. Gündüz də bu formada içilməsi məsləhət deyil. Məkruh haram demək deyil. Haram qadağa mənasını daşıyır ki, qiyamət günündə bunun cəzası da var.
Amma məkruhun cəzası yoxdur. Məsələn, kişinin dar paltar geyinməsi məkruhdur, yəni bəyənilmir. Bunu etsə, haram deyil, ancaq etməzsə, yaxşıdır. Gecələr qəbiristanlıqda yatmaq məkruhdur. Bunu insan etsə, haram deyil, cəzası yoxdur, lakin etməməyi məsləhətdir. Yeməyi, çayı qaynar qəbul etmək məkruhdur, tövsiyə edilmir. İnsana zərər olduğu üçün Allah məkruh bilib. Amma oturaraq suyun içilməsi müstəhəbdir, savabdır. Kimsə buna riayət etmirsə, ona qətiyyən haram damğası vurmaq olmaz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 07 Aprel 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















