Icma.az
close
up
RU
Kistoz fibroz xəstəliyinin diaqnostikası da icbari tibbi sığorta hesabına aparılır

Kistoz fibroz xəstəliyinin diaqnostikası da icbari tibbi sığorta hesabına aparılır

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


Kistoz-fibroz irsi metabolik xəstəlik olub, əsasən tənəffüs, həzm və endokrin sistemdə fəsadlara səbəb olur. Xəstəliyin dəqiq və vaxtında müəyyən edilməsi onun idarə olunması və pasiyentlərin həyat keyfiyyətinin artırılması baxımından vacibdir. Kistoz-fibrozun diaqnostika və stasionarda terapevtik müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb.

Medicina.az xəbər verir ki, xəstəlik, xüsusilə erkən yaş dövründə müəyyən əlamətlərlə özünü büruzə verir.

Yenidoğulmuşlarda bu xəstəliyin əsas göstəricilərinə uzun müddət davam edən sarılıq, düz bağırsağın sallanması, xroniki diareya və ya qəbizlik, davamlı öskürək, təngnəfəslik, pnevmoniya, pankreatit, dərinin duzlu dadda olması, azçəkililik, əzələ, oynaq ağrısı və fiziki inkişafın ləngiməsi daxildir. Xəstəliyin əlamətləri uşağın yaşından asılı olaraq dəyişir və fərqli simptomlarla özünü göstərir.

Kistoz-fibroz xəstəliyinin dəqiq diaqnostikası üçün kompleks yanaşma tələb olunur. Kistoz-fibrozlu uşaqlar erkən diaqnoz qoyulmadıqda ciddi tənəffüs və həzm problemləri ilə qarşılaşa bilər. Diaqnostika üçün aparılan əsas laborator analizlər ionoforez metodu ilə tərin toplanması, tər testində xlor və natrium ionlarının miqdarının müəyyən edilməsi, pankreatik elastaza-1 testi, qanda və bəlğəmdə bakterioloji analizləridir. Bu laborator analizlərin hər biri icbari tibbi sığorta çərçivəsində tam şəkildə qarşılanır.

“Tər testi” bu xəstəliyin diaqnostikasında "qızıl standart" hesab olunur. Tər testinin nəticələrinin dəqiqləşdirilməsi üçün genetik testlər də aparıla bilər. Eyni zamanda, nəcisdə pankreas elastazası (kəmiyyət təyini) pasiyentin mədəaltı vəzinin həzm fermentlərinin istehsalı baxımından nə qədər aktiv olduğunu müəyyən etməyə imkan verir ki, bu da xəstəliyin diaqnostikası baxımında əhəmiyyətli testlərdəndir.

Tənəffüs problemləri və ağciyər zədələnmə dərəcəsini qiymətləndirmək üçün ağciyərlərin rentgen müayinəsi, spirometriya, ağciyərlərin, burun ətrafı ciblərin kompüter tomoqrafiyası, mədəaltı vəz və bağırsaqların müayinəsi üçün qarın boşluğu orqanlarının USM müayinəsi və qarın boşluğu üzvlərinin kompüter tomoqrafiyası, eləcə də tibbi göstəriş əsasında laborator analizlər və digər müayinələr həkim təyinatına uyğun olaraq icbari tibbi sığorta təminatı ilə həyata keçirilir.

Kistoz-fibroz diaqnozu qoyulan pasiyentlər ixtisaslaşmış tibb müəssisələrində stasionar terapevtik müalicəyə cəlb olunurlar. Bu xəstələr üçün antibiotik terapiya, fizioterapiya, vitamin dəstəyi və bəlğəm durulaşdırıcı preparatlar stasionar terapevtik müalicə zamanı icbari tibbi sığorta çərçivəsində təmin edilir.

Bu tibbi xidmətlərdən yararlanmaq üçün vətəndaşlar ilkin olaraq ailə həkiminə və ya pediatra müraciət etməlidir. İcbari tibbi sığorta təminatına daxil olan bu xidmətlər TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarında icra edilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 12 Mart 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri