Icma.az
close
up
RU
Kistoz fibrozlu uşaqların valideynlərindən TƏBİB ə sual: 12 ayın pulu 9 aya necə qurtardı?

Kistoz fibrozlu uşaqların valideynlərindən TƏBİB ə sual: 12 ayın pulu 9 aya necə qurtardı?

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Turkustan.az saytına müraciət edən bir qrup kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri TƏBİB-dən şikayətçidirlər. Onlar iddia edir ki, uşaqlar üçün hər ay verilməli olan dərmanlar aylarla gecikdirilir, verilmir. Valideynlərin Turkustan.az-a ünvanladığı müraciəti olduğu kimi təqdim edirik!
Turkustan.az saytının rəhbərliyinə
Kistoz-fibroz xəstələri valideynləri
adından

ƏRİZƏ

Hörmətli Turkustan.az rəhbərliyi, sizə yazıb bildirirəm ki, bizim uşaqlarımız əlilliyi dövlət tərəfindən təsdiq olunmuş kistoz-fibroz xəstələridir. Biz 50-ə yaxın valideyn cənab prezidentin ərizəsi və göstərişi ilə uşaqlara dərman verilməsi üçün Nazirlər Kabineti tərəfindən siyahıya alınmışıq. Lakin daha sonra təəssüflər olsun ki,uşaqlara 12 ay dərman verilməsi TƏBİB-in öhdəliyinə verildi. Hər ayın 17-20-i aralığında bu uşaqlara 6 saylı uşaq xəstəxanasında ( indi təmirdə olduğu üçün Nərimanov rayonunda yerləşən 7 saylı uşaq infeksion xəstəxanasında ) dərman verilməyə başlandı. Lakin hər ilin 3-4 ayını TƏBİB müəyyən bəhanələr gətirərək dərmanları gecikdirib vermir. Biz TƏBİB-lə bağlı dəfələrlə qaynar xəttə müraciətlər edib, ərizələr yazmışıq. Lakin heç bir nəticəsi yoxdur.
Övladlarımız “pulmozyme” adlı dərmanla gündəlik nəfəs alırlar. Bildirək ki, bu dərman ölkəmizdə satılmır və Türkiyədən buzun içində gətirilir. Dərmanın qiyməti baha olduğu üçün valideynlərin onu gətirməsi çox çətindir, dərmanın olmaması isə uşaqlarımızın həyatı üçü ciddi riskdir. Buna kreon, pulmares, ventolin və s. kimi dərmanlar da daxildir.
TƏBİB-in bizə bəhanəsi budur ki, ya dərman təminatı gecikib, ya da qəbul otağında dedikləri kimi, ( bunun yalan olmadığını qəbul otağının kameraları göstərə bilər) “dövlətin ayırdığı 12 aylıq vəsait 9 ayı ancaq görür”. Biz bunların tamamilə yalan olduğunu düşünürük. Bilirik ki, dövlətimiz 50 uşağın dərmanını ala bilməyəcək qədər aciz deyil. Biz bu sözlərə görə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də müraciət etmişik ki, araşdırılsın görək, necə 12 ayın pulu 9 aya qurtarır? Bununla yanaşı Ombudsman Aparatına, Nazirlər Kabinetinə də şikayət etmişik. Cənab Prezidentin və Nazirlər Kabinetinin qərarlarını heçə saydığı üçün TƏBİB-dən şikayət etmək məqsədi ilə Prezident Aparatına da qəbula yazılmışıq.
Sizə müraciət etməkdə məqsədimiz məsələnin işıqlandırılmasıdır. Xahiş edirik, aidiyyatı dövlət orqanlarının xəbərdar olması üçün bizə kömək edəsiniz.
Çünki TƏBİB-də kiminsə işini düzgün yerinə yetirməməsi səbəbi ilə 50-ə yaxın uşağın həyatı bu gün risk altındadır. Dərman təminatının gecikdiyi hər gün bizim uşaqlarımızın nəfəs alması çətinləşir, övladlarımıza bunu yaşatmağa isə heç kimin haqqı yoxdur. Halbuki, dərman 1 aylıq qalan zaman biz TƏBİB-ə zəng edib – “dərmanları vaxtında sifariş edin, 1 aylıq qalıb” demişik.
Bizə kömək edəcəyinizi ümid edərək, təşəkkürümüzü bildiririk!
Hörmətlə : Kistoz-fibroz xəstəsi uşaqların valideynləri!

Turkustan.az olaraq valideynləri narahat edən məsələ ilə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan bildirildi ki, məsələni daha dəqiq araşdırıb, sizə məlumat verəcəyik!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Fevral 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri