Kitabxanaçıların maaşı artırılacaq? Nazir açıqladı
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Kitabxanaçılar bizim üçün çox önəmlidir. Kitabxana sisteminin təkmilləşdirilməsi işində ən üstün tutduğumuz mövzu insan faktorudur".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.
"Dövlət tərəfindən verilən tapşırıqlardan ən vacibi əməyin ödənişin şərtlərinin yaxşılaşdırılmasıdır. Keyfiyyətli xidmətin təmin edilməsi üçün bu önəmli məsələdir. Bunun üzərində iş gedir və artıq konkret model hazırdır", - deyə nazir bildirib.
A.Kərimli qeyd edib ki, kitabxana sistemində bu sahəyə bələd olmayan və peşəkarlığı sual altında olan şəxslərin fəaliyyəti var: "Bununla bərabər, çox peşəkar kitabxanaçılar, bu sahəyə fədai kimi bağlı olan insanlar da var. Biz onları çox yüksək qiymətləndiririk. Elə ucqar rayonlarda, elə şəraitdə işləyən kitabxanaçılarımız var ki, biz onları görəndə həqiqətən də özümüz qürur duyuruq ki, belə insanlar var və kitaba olan sevgini, bu sahədə xidmət göstərmək eşqi ilə yaşayıb və davam edirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 10 İyun 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















