KİV: ABŞ Ermənistana hərbi maliyyələşməni kəskin artırıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ 2024-cü maliyyə ilində Ermənistana hərbi məqsədlər üçün 8,1 milyon dollardan çox vəsait ayırıb.
Bu barədə RİA Novosti ABŞ hökumətinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, 2023-cü ildə bu göstərici təxminən 16 min dollar, 2022-ci ildə isə 1,3 milyon dollar təşkil edib.
ABŞ-ın Ermənistanda Foreign Military Financing (FMF) proqramı çərçivəsində hərbi maliyyələşdirməsi 2002-ci ildə başlayıb. 2002–2024-cü illər ərzində bu proqram çərçivəsində Ermənistana ayrılan ümumi hərbi maliyyələşmənin həcmi 60 milyon dolları ötüb.
2025-ci il üçün məlumatlar açıqlanmasa da, məbləğin kəskin artımının baş verəcəyi bildirilir. Belə ki, ABŞ Dövlət Departamenti 2025-ci ilin yanvarında Ermənistanın müdafiə sektoruna FMF proqramı çərçivəsində təxminən 18 milyon dollar vəsait ayrıldığını açıqlamışdı. Bu vəsait zirehli təcili tibbi yardım maşınlarının alınması, Kibermüdafiə Əməliyyatları Mərkəzinin yaradılması və Milli Təlim Mərkəzinin imkanlarının yaxşılaşdırılması kimi layihələrə yönəldilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 23 Sentyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















