KİV: Beynəlxalq ictimaiyyət Azərbaycanda minatəmizləmə probleminə daha çox diqqət yetirməlidir
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan dünyada minadan ən çox əziyyət çəkən dövlətlərdən biridir və bu problem təcili beynəlxalq diqqət və dəstək tələb edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin "The National Interest" jurnalı yazır.
"Azərbaycan artıq (azad edilmiş ərazilərdə) genişmiqyaslı minatəmizləmə işləri aparır, lakin minalarla çirklənmənin miqyası əlaqələndirilmiş beynəlxalq yardım tələb edir", - jurnal qeyd edir.
Nəşr xatırladır ki, indiyədək 361-i uşaq daxil olmaqla 3 min 500 Azərbaycan vətəndaşı minaların qurbanı olub.
"Hərbi əməliyyatların başa çatdığı 2020-ci ilin noyabrında bəri 388 nəfər minaya düşərək həlak olub və ya yaralanıb, onların böyük əksəriyyəti mülki şəxslərdir. Bu faciələr 700 mindən çox məcburi köçkünün öz evlərinə qayıtması prosesinin gecikməsi, eləcə də müharibə dövründə itkin düşmüş təxminən 4 min vətəndaşın qalıqlarının axtarışı zamanı davam edən çətinliklərlə daha da ağırlaşır", - nəşrdə qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 Dekabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















