Icma.az
close
up
RU
Azərbaycanda Beynəlxalq Simpozium Keçiriləcək

Azərbaycanda Beynəlxalq Simpozium Keçiriləcək

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) rəhbəri Radil Fətullayev Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqovla görüş keçirib.

Modern.az xəbər verir ki, görüş zamanı Əminağa Sadıqov universitetin fəaliyyəti, təhsil və elmi sahələrdə həyata keçirilən layihələr, həmçinin gələcəkdə reallaşdırılması nəzərdə tutulan proqramlar barədə ətraflı məlumat vermişdir.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli də öz növbəsində İctimai Birliyin fəaliyyəti və strateji hədəfləri haqqında geniş məlumat vermişdir. Eyni zamanda, Təhsil və Mədəniyyət Komissiyasının həyata keçirdiyi layihələr təqdim olunmuş, təhsil sahəsində mümkün əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. 

Tərəflər arasında aparılan müzakirələrin əsas mövzularından biri də gənclərin əmək bazarına hazırlanması və onların iş dünyasına inteqrasiyasının təşviqi olmuşdur. Bu istiqamətdə ortaq proqramların, universitet–biznes əməkdaşlığının gücləndirilməsi və tələbələrin real iş mühitinə yaxınlaşdırılması məqsədilə praktik mexanizmlərin tətbiqi məsələləri gündəmə gətirilmişdir.

Görüşün əsas müzakirə mövzularından biri, 12–13 noyabr 2025-ci il tarixlərində keçirilməsi planlaşdırılan “I Beynəlxalq Maliyyə, Mühasibatlıq, Audit və Rəqəmsallaşdırma (BMMAR) Simpoziumu” olmuşdur. Simpozium Bursa Uludağ Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, KOBİA, ASK, Azərbaycan Respublikası Auditorlar Palatası, Kamu Gözetim Kurumu, MÜSİAD Azərbaycan İctimai Birliyi və İATM-ın birgə təşkilatçılığı ilə reallaşdırılacaqdır.

Simpoziumun əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında mühasibatlıq sahəsində bilik və təcrübə mübadiləsini yeni mərhələyə yüksəltməkdir. Tədbir çərçivəsində bu sahələrdəki müasir tendensiyalar, rəqəmsallaşma prosesləri, beynəlxalq standartların tətbiqi və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunacaqdır.

Hər il fərqli Türk dövlətində keçirilməsi planan simpoziumun strateji hədəfləri sırasında “Türkdilli Dövlətlərin Mühasiblər Birliyi”nin təsis olunması və bu yolla türk dövlətləri arasında iqtisadi inteqrasiyanın, qarşılıqlı etimadın, həmrəyliyin gücləndirilməsi yer alır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Oktyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri