Icma.az
close
up
RU
KİV: Əbu Dabidə Ukraynanın 800 milyard dollar müqabilində ərazilərindən imtina etməsi müzakirə olunacaq

KİV: Əbu Dabidə Ukraynanın 800 milyard dollar müqabilində ərazilərindən imtina etməsi müzakirə olunacaq

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əbu-Dabidə keçiriləcək danışıqlarda müzakirə olunacaq sənədlərdə Ukraynanın 800 milyard dollarlıq maliyyə dəstəyi proqramı və təhlükəsizlik zəmanətləri müqabilində ərazilərindən imtina etməsi nəzərdə tutulur.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti mənbələrə istinadən məlumat verib.

Məlumata görə, Rusiya, ABŞ və Ukraynanın danışıqlar qruplarının Əbu-Dabidə keçiriləcək ilk üçtərəfli görüşündə sülh müqaviləsinin əsasını təşkil edən dörd sənəd təqdim olunacaq. Xüsusilə, sənədlərdən biri Ukrayna Silahlı Qüvvələrinin Donbasdan tamamilə çıxarılması ilə bağlıdır.

Nəşrin məlumatına görə, kompensasiya olaraq amerikalılar Ukrayna üçün 800 milyard dollarlıq maliyyələşdirmə proqramı haqqında sənəd təklif edəcəklər. Bu, ABŞ-nin "BlackRock" investisiya şirkətinin başçısı Larri Finkin rəhbərliyi altında həyata keçiriləcək. Daha bir sənəd isə ABŞ-nin iştirakı və avropalıların dəstəyi ilə təhlükəsizlik zəmanətləri ilə bağlıdır.

"Sənədə görə, Volodimir Zelenski pul və Qərbin müdafiəsi müqabilində ərazilərdən imtina etməlidir", - deyə qəzet yazıb.

Nəşrin qeyd etdiyi kimi, Finlandiya Prezidenti Aleksandr Stubbun sözlərinə görə, Ukraynanın 800 milyard dollarlıq yenidənqurma planı hələ kağız üzərində mövcuddur və onun üçün real fondlar yoxdur.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşner ilə görüşü baş tutmuşdu. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, söhbət olduqca məzmunlu, konstruktiv, son dərəcə səmimi və etibarlı olub. Əsas mövzusu Ukrayna nizamlanması olan danışıqlar təxminən dörd saat davam edib. Moskva və Vaşinqton yanvarın 23-də Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupunun təhlükəsizlik məsələləri üzrə ilk iclasının keçirilməsi barədə razılığa gəliblər.

Rusiya danışıqlar qrupuna Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edəcək, Rusiya nümayəndələri yaxın saatlarda BƏƏ-yə yola düşəcəklər. Prezidentin köməkçisinin sözlərinə görə, qrupun tərkibinə Müdafiə Nazirliyi rəhbərliyinin nümayəndələri daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Yanvar 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri