KİV: İsrail yalnız bütün girovlar azad edilərsə, atəşkəslə razılaşacaq
Icma.az bildirir, Sherg.az portalına istinadən.
İsrailin strateji planlaşdırma naziri Ron Dermer Qəzza danışıqlarında vasitəçi olan Qətər nümayəndələri ilə görüşündə ölkəsinin yalnız anklavda qalan girovların azad edilməsi şərti ilə atəşkəsə razılaşacağını bildirib.
"Report"un məlumatına görə, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkəsində məlumat verib.
"Dermer bu gün Parisdə Qətərin yüksək rütbəli nümayəndələri ilə Qəzzada girovlar və atəşkəs sazişini müzakirə etmək üçün görüşüb. Görüşün təfərrüatları ilə tanış olan mənbə deyib ki, Dermer bildirib: "Belə bir saziş üçün İsrailin tələbləri müharibənin sona çatması şərtləri ilə eynidir: bütün girovların azad edilməsi, bu, HƏMAS qruplaşmasının məğlubiyyətidir", - deyə Ravid yazıb.
Yüksək rütbəli İsrail rəsmisi "Axios"a bildirib ki, Dermer və Qətər nümayəndələrinin görüşü yüksək məxfilik şəraitində keçirilib.
Xatırladaq ki, HƏMAS Misir və Qətərin döyüşlərin 60 günlük dayandırılması və İsrailin fələstinli məhbusların bir hissəsini azad etməsi müqabilində 10 canlı girovun azad edilməsi və 18 ölünün cəsədlərinin təhvil verilməsi təklifini qəbul edib. Vasitəçilər HƏMAS-ın reaksiyasını İsrailə çatdırıblar, lakin İsrail hakimiyyəti hələ cavab verməyib.
Avqustun 20-də İsrail Müdafiə Qüvvələrinin sözçüsü general-mayor Effi Defrin bildirib ki, İsrail Ordusu Qəzza şəhərində quru əməliyyatlarına başlayıb və onun ətraflarını ələ keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 21 Avqust 2025 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















