KİV: Rusiya Ursula von der Leyeni daşıyan təyyarənin GPS sistemini sıradan çıxarıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyeni daşıyan təyyarənin GPS sisteminə Rusiya tərəfindən müdaxilə olunub və pilot təyyarəni kağız xəritəyə baxaraq endirməyə məcbur olub.
APA xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə anonim mənbələr məlumat verib.
Belə ki, avropalı diplomatı Bolqarıstanın Plovdiv şəhərinə daşıyan təyyarəyə edilən elektron hücumlar GPS sistemini sıradan çıxarıb.
Pilot bu səbəbdən kağız xəritəyə baxaraq hava limanına eniş edib.
Həmin vaxt Ursula von der Leyen Polşanın Varşava şəhərindən Bolqarıstanın Plovdiv şəhərinə gedirmiş.
Avropanın ali diplomatı sözügedən şəhərə Bolqarıstanın Baş naziri ilə silah-sursat zavodunu gəzmək üçün səfər edib.
Von der Leyen həmin təyyarə ilə də Plovdiv şəhərini tərk edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 01 Sentyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















