KİV: Sentyabrın 23 də təxminən 60 gəmi Hörmüz boğazından keçib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sentyabrın 23-də təxminən 60 kommersiya gəmisi Hörmüz boğazından keçib.
Bu barədə “Reuters” adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, gəmilər iyulun əvvəlindən bəri bir gün ərzində boğazdan ən böyük həcmdə neft daşıyıb. Məlumatda boğazdan təxminən 22 milyon barel neftin çıxarıldığı bildirilir.
Mənbə onu da qeyd edib ki, bu gəmilərdən təxminən 40-ı təhlükəsizliyi təmin etmək məqsədilə ABŞ hərbçiləri ilə koordinasiya edib.
“Reuters” məlumatı müstəqil mənbələr vasitəsilə təsdiqləyə bilmədiyini vurğulayıb.
Qeyd edək ki, fevralın 28-də İranla müharibə başlamazdan əvvəl Hörmüz boğazından gündə orta hesabla 125 iri kommersiya gəmisi, o cümlədən quru yük gəmiləri, konteynerdaşıyanlar, tankerlər və qazdaşıyanlar keçirdi. Bu marşrutla dünya üzrə gündəlik neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizi daşınırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Sentyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















