Icma.az
close
up
RU
KİV: Trampın FTB ni siyasiləşdirməsi ABŞ nin təhlükəsizliyini təhdid edir

KİV: Trampın FTB ni siyasiləşdirməsi ABŞ nin təhlükəsizliyini təhdid edir

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunu (FTB) siyasi maraqlarını inkişaf etdirmək üçün alətə çevirir və bununla da büronun Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etməsinə, terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsinə mane olur.

“Ölkə.az” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzetində dərc olunan məqalədə deyilir.

"Trampın FTB ilə bağlı strategiyası bəllidir. O, büronu MAGA (“Make America Great Again” - Amerikanı Yenidən Möhtəşəm Et) hərəkatının maraqlarına xidmət edəcək hüquq-mühafizə orqanına çevirir. Tramp onunla birgə oynamaqdan imtina edə biləcək agentləri ölkədən qovur və onların yerinə sadiq adamlar təyin edir.

O, dostlarına və müttəfiqlərinə qarşı təhqiqat təhlükəsini aradan qaldırmağa çalışır, həm də siyasi müttəfiqlərinə qarşı təhqiqat aparır. Tramp ABŞ-də demokratiyanı zəiflətmək və daha çox hakimiyyəti əlində cəmləşdirmək üçün çoxlu səy göstərir, lakin FTB-nin siyasiləşdirilməsi ən dəhşətli tədbirlərdən biridir”, - məqalə müəllifləri hesab edirlər.

Onların fikrincə, bu yanaşma FTB-nin terrorizm, xarici casusluq, biotəhlükəsizlik sahəsində təhdidlər, mütəşəkkil cinayətkarlıq, onlayn fırıldaqçılıq, narkotik ticarəti ilə mübarizəsinin qarşısını alır. Əvəzində Amerika səlahiyyətliləri qeyri-qanuni mühacirləri axtarmaq üçün FTB agentlərini göndərirlər, çünki qanunsuz miqrasiya ilə mübarizə Trampın seçki gündəliyinin əsas məqamlarından biri idi.

"Son beş ayda bir çox FTB agentləri, o cümlədən yüksək səviyyəli işçilər və milli təhlükəsizlik ekspertləri işdən qovulub, istefaya məcbur edilib və ya daha az əhəmiyyətli vəzifələrə köçürülüb. Yüzlərlə insan Tramp administrasiyasının tələblərini yerinə yetirmək istəmədiyi üçün istefa verib. Onlar ictimai təhlükəsizliyə cavabdeh olan bölmələrdə boşluq buraxıblar", - qəzet qeyd edir.

NYT-nin redaksiya heyəti əmindir ki, Tramp və onun FTB direktoru Keş Patel vəzifəsinə seçilməsi agentliyin “reputasiyası və effektivliyini” riskə atır və bununla da “Amerika vətəndaşlarının təhlükəsizliyini riskə atır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:332
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 İyul 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri