KİV: Türkiyənin qəzaya uğrayan təyyarəsində partlayıcı izi tapılmayıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsinə aid hissələrin tədqiqi zamanı partlayıcı izinə rast gəlinməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti özəl mənbələrindən məlumat əldə edib.
Bildirilib ki, təyyarəyə aid hissələr Kayseridə ətraflı şəkildə araşdırılacaq.
"Kriminal Laboratoriyanın hesabatında hadisəyə səbəb kimi partlayıcı izinə rast gəlinmədiyi qeyd olunub".
Məlumatda həmçinin Türkiyə Milli Müdafiə Nazirliyinin son vəziyyətə dair açıqlamasına da toxunulub:
"Təyyarənin qara qutusunun incələnməsinə və qəza araşdırma qrupunun hadisə yerindəki fəaliyyətləri davam edir. Aparılan ətraflı təhlilin nəticələri ictimaiyyətlə paylaşılacaq".
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 Noyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















