Icma.az
close
up
RU
Kiyev Bakıya səsləndi: Vardanyan “Putinin pul kisəsi” cəzalandırılsın VİDEO KONKRET

Kiyev Bakıya səsləndi: Vardanyan “Putinin pul kisəsi” cəzalandırılsın VİDEO KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynanın “Xalqın xidmətçisi” partiyasından olan deputatlar Anatoli Kostyux və Volodimir Vatras Ruben Vardanyanın məhkəməsi barədə danışıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Anatoli Kostyux qeyd edib ki, yanvarın 17-dən Bakıda qanunsuz “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “lideri” Ruben Vardanyanın məhkəməsi davam edib:

“O, Azərbaycan dövlətçiliyinə qarşı separatçılıq və digər cinayətlərdə ittiham olunur. Amma Vardanyanın rolu bu regiondan çox-çox kənara çıxır. O, “Putinin pul kisəsi” kimi tanınıb və Rusiyanın Ukraynaya qarşı təcavüzünü maliyyələşdirib.

Vardanyan Ukrayna, ABŞ və Avropa İttifaqı da daxil olmaqla bir çox ölkələr tərəfindən sanksiyalara məruz qalıb. 2023-cü ildə Ukrayna Təhlükəsizlik Xidməti onu “Mirotvorets” məlumat bazasına əlavə edib.

2024-cü ildə Rusiyanın təşəbbüsü ilə o, Nobel Sülh Mükafatına namizəd olub. Bu isə geniş etiraza səbəb olub: dörd ölkədən 123 deputat buna qarşı çıxıb. Yeri gəlmişkən, mən də onlardan biri idim.

Bakıdakı məhkəmə prosesinin beynəlxalq ədalət nümunəsinə çevrilməsi və avtoritar rejimləri dəstəkləyənləri dayandırmağa kömək etməsi vacibdir, xüsusən də bu rejimlər Putinlə sıx əlaqədədirsə”.

Onun həmkarı Volodimir Vatras öz növbəsində bunları deyib:

“Bir neçə Avropa ölkəsinin parlamentariləri, o cümlədən mən vaxtilə Vardanyana Nobel mükafatının verilməsi ilə bağlı etiraz məktubuna imza atmışdıq. Bu adam hazırda ittiham olunduğu əməllərə görə Bakıda ədalətli mühakimə olunmasını gözləyir”.

Xatırladaq ki, bir çox maddələrlə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi hazırda Bakıda davam edir.

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Fevral 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri