Kiyev bazarına dron hücumu Kürdəmir sakini həlak oldu KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sentyabrın 27-də Ukrayna paytaxtı Rusiyanın növbəti hücumlarına məruz qalıb. Gecə saatlarında da dron hücumları davam edib.
KONKRET.az xəbər verir ki, Ukraynada yaşayan həmvətənimiz Yalçın Qəhrəmanoğlu Musavat.com-a bildirib ki, Kiyevdəki “Stoliçnıy rınok” adlanan bazara hücum nəticəsində ölənlər və yaralananlar olub. Həlak olanlar içərisində çox təəssüf ki, azərbaycanlı Abbas Abbasov da var. Əslən Kürdəmirdən olan, 1978-ci il təvəllüdlü
Azərbaycan vətəndaşı A.Abbasov Kiyev bazarında ticarətlə məşğul imiş. Hücum nəticəsində baş verən yanğının söndürülməsi üçün əraziyə şəxsi heyət və texnika cəlb olunub. İnsan tələfatı ilə bağlı araşdırmalar davam edir.
Y.Qəhrəmanoğlu bildirib ki, həlak olan ikinci şəxsin meyiti yük maşınında aşkarlanıb. Şəxsiyyəti araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 28 Sentyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















