Icma.az
close
up
RU
Kiyev güzəştlərə hazırdır Ekspert

Kiyev güzəştlərə hazırdır Ekspert

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Kiyevlə Moskva arasında danışıqlar prosesinin 2022-ci ilin İstanbul danışıqları və burada qeyd olunan təkliflər əsasında aparılacağını istisna etmirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.

Mehman Əliyev bildirib ki, Ukraynanın indiki vəziyyəti 2022-ci ilin İstanbul sənədi imzalanan dövrlə müqayisədə daha ağırdır:

"Çünki ötən müddət ərzində Rusiya Ukraynada daha çox ərazini işğal edib. Yəni 2022-ci illə müqayisədə Ukraynanın vəziyyəti indi daha da ağırlaşıb. Bu səbəbdən hesab edirəm ki, Kiyevlə Moskva arasında danışıqlar prosesi əslində 2022-ci ilin İstanbul danışıqları və burada qeyd edilən təkliflər əsasında aparıla bilər. Burada hansısa bir problem ola biləcəyini düşünmürəm".


Həmsöhbətimizin fikrincə, Kiyev artıq bu varianta hazırdır:

"Ukrayna tərəfi müvəqqəti olaraq müharibənin dayandırılması, təmas xəttinin mövcud xətt olaraq tanınmasına razı olmaq məcburiyyətindədir. Kiyev həmçinin, Rusiya tərəfindən tutulan torpaqların beynəlxalq müstəvidə işğal olunmuş torpaqlar kimi qeyd edilməsində maraqlıdır. Əvəzində isə onlar zəmanət olaraq təmas xəttində sülhməramlı qoşunların yerləşdirilməsini istəyir. Kiyev artıq bu varianta hazırdır. 2022-ci ildə isə Ukrayna buna hazır deyildi”.

Qeyd edək ki, TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk Ukrayna ilə münaqişənin nizamlanması ilə bağlı danışıqların 2022-ci il İstanbul sənədi əsasında aparıla biləcəyini bir daha bəyan edib. O bildirib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi və onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll etmək lazımdır:

"Rusiya tərəfi real təkliflərə açıq və ciddi söhbətə hazırdır. Dəfələrlə qeyd edildiyi kimi, sülh nizamlanması Ukraynanın neytral, blokdan kənar nüvəsiz statusu, demilitarizasiyası və denasifikasiyası, ərazisində xarici qoşunların və bazaların yerləşdirilməməsi, müasir ərazi reallıqlarının nəzərə alınması və Ukrayna böhranının bütün səbəblərinin aradan qaldırılması barədə 2022-ci il İstanbul sənədi əsasında mümkündür".

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Fevral 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see265

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see248

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see241

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see235

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see226

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see225

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see199

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see195

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see171

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see169

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see166

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri