“Kiyev NATO ya daxil olmaq yolundan dönməyəcək”
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rustem Umerov: “Ukrayna öz strateji kursundan əl çəkmir”
“Kiyev NATO-ya daxil olmaq yolundan dönməyəcək”. AYNA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov deyib. Onun sözləri nazirliyin “Telegram” kanalında dərc olunub.
“Ukrayna öz strateji kursundan əl çəkmir. Biz gələcəyimizi NATO-da görürük. Bu, bizim təhlükəsizlik prioritetimizdir və ordumuz artıq Avro-Atlantik təhlükəsizliyin mühüm elementidir”, - deyə nazir qeyd edib.
Umerov əlavə edib ki, Ukrayna-NATO Şurasının iclasından əvvəl Şimali Atlantika Alyansının baş katibi Mark Rutte ilə danışıb. O, baş katibə Ukrayna hərbi-sənaye kompleksinin inkişafı və ölkənin hərbi potensialının artırılması planları barədə məlumat verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 14 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















