Icma.az
close
up
RU
Kiyev və Moskva təəccübləndi: Trampın kürəkəni məsələyə qarışdı

Kiyev və Moskva təəccübləndi: Trampın kürəkəni məsələyə qarışdı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və  kürəkəni Jared Kuşnerin Ukrayna üçün 28 bəndlik sülh planını Moskva və Kiyev ilə ilkin məsləhətləşmələr aparmadan hazırladıqları bildirilir.

Məlumata görə, plan dövlət katibi Mark Rubioya Vaşinqtonda təqdim olunub.  Analitiklərin fikrincə, bu, “arxa qapı” diplomatiyası kimi görünür, sülh planı ciddi beynəlxalq və tərəfdaş rəyləri nəzərə alınmadan hazırlanıb. Əvvəlcə məsələyə yalnız Vaşinqton və ehtimal ki, Moskva daxil edilib.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, “Vol Strit Jurnal”ın (VSJ) məlumatına görə, Uitkoffla Trampın kürəkəni Kuşner hazırladıqları sülh planını Moskva və Kiyevlə əvvəlcədən məsləhətləşmədən özləri formalaşdırıblar:

“Bu xəbər bir neçə mühüm məqamı ortaya çıxarır və həm Vaşinqtonun Ukrayna siyasətinin yeni kursunu, həm də Tramp administrasiyasının müharibəyə baxışını anlamaq baxımından diqqətəlayiqdir.

Əvvəla, planın qeyri-rəsmi şəkildə və əsas maraqlı tərəflərlə əvvəlcədən razılaşdırılmadan hazırlanması onu göstərir ki, Trampın komandasının hədəfi ənənəvi diplomatik çərçivələri kənara qoyaraq daha çevik, sürətli və “biznes yönümlü” danışıqlar modeli qurmaqdır. Uitkoff və Kuşnerin prosesdə mühüm rol alması isə Trampın şəxsi çevrəsinin yenidən ABŞ-ın xarici siyasətində meydana çıxmağa başladığını göstərir. Bu yanaşma administrasiyanın dövlət departamenti və klassik institutlar üzərindən deyil, daha çox şəxsi kanallar və qeyri-formal əlaqələr vasitəsilə prosesə müdaxilə etdiyini fikrini təsdiqləyir.

Digər tərəfdən, bu cür planın Ukrayna və Rusiya kimi tərəflərlə əvvəlcədən müzakirə edilməməsi həm risklər, həm də siyasi nəticələr doğurur. Kiyevin iştirakı olmadan hazırlanmış sənəd, Ukrayna üçün qəbuledilməz ola bilər və bu, prosesin əvvəlcədən uğursuzluğa düçar olması riskini artırır. Moskva ilə məsləhətləşmələrin aparılmaması isə planın Kreml üçün nə dərəcədə cəlbedici olacağı barədə ciddi suallar yaradır. Tramp administrasiyası bunu məqsədli şəkildə – yəni əvvəlcədən tərəflərdən heç birinə öhdəlik vermədən “neytral başlanğıc nöqtəsi” yaratmaq kimi də təqdim edə bilər. Amma praktikada bu, real danışıqlara zəmin hazırlayan mexanizmləri zəiflədən bir addımdır”.


Züriyə Qarayeva

Politoloq bildirib ki, məsələnin digər tərəfi ABŞ daxilindəki siyasi mesajla bağlıdır:

“Trampın Ukrayna müharibəsini tez şəkildə bitirmək vədinin fonunda onun nümayəndələrinin müstəqil sülh paketi hazırlaması daxili auditoriyaya göstəriş istəyinə əsaslanır. Administrasiya iddia edir ki, Vaşinqton artıq əvvəlki siyasətdən fərqli, daha praqmatik və müharibəni uzatmayan bir xəttə keçir. Bu, həm də Avropa ilə münasibətlərdə yeni dinamikanın yaranmasına səbəb ola bilər, çünki Avropa İttifaqı (Aİ) artıq Trampın təqdim etdiyi sülh modelinin zəif cəhətlərini nəzərə alaraq öz alternativ planını hazırlamağa başlayıb.

Nəticə etibarilə, sülh planının məhz Uitkoff–Kuşner cütlüyü tərəfindən, münaqişə iştirakçıları ilə razılaşdırılmadan hazırlanması Tramp administrasiyasının Ukrayna müharibəsində ənənəvi ABŞ diplomatiyasından fərqli, daha fərdi, qeyri-institusional, lakin bir o qədər də riskli yanaşma tətbiq etdiyini göstərir. Bu prosesin gedişatı həm Vaşinqton–Kiyev münasibətlərini, həm Moskvanın reaksiyasını, həm də ümumi danışıqlar arxitekturasını ciddi şəkildə müəyyənləşdirəcək”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri