Kiyevdə Avropa Komissiyasının ofisi vuruldu “Bu, Moskvanın sülh çağırışlarına cavabıdır”
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Avropa Komissiyasının Kiyevdəki ofisini vurub.
“AzPolitika” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen məlumat yayıb.
O, X sosial şəbəkəsində yazıb: "Aİ-nin Kiyevdəki ofisi də vuruldu. İşçilərimiz təhlükəsiz yerdədir".
Leyen Rusiyanı "mülki infrastruktura hücumları dayandırmağa" və "ədalətli və davamlı sülh üçün danışıqlara qoşulmağa" çağırıb. Avropa Şurasının sədri Antonio Kosta da öz növbəsində Rusiyanın Aİ ofisini “qəsdən” vurduğunu deyərək, Aİ-nin “təhdidlərə boyun əyməyəcəyini” bildirib.
Fransa Prezidenti Emmanuel Makron da Rusiyanın Kiyevə hücumunu pisləyib və bunu “terrorçu” və “barbar” hücum adlandırıb.
Aİ-nin Kiyevdəki səfiri Katarina Maternovanın sözlərinə görə, missiyanın binası ciddi ziyan görüb. O əlavə edib ki, raketlər və dronlarla gecə hücumu “Moskvanın sülh səylərinə real cavabı”dır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 28 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















