Kiyevdə Azərbaycan abidələrinin hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənməsinə başlanılıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kiyev, 18 noyabr, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hava zərbəsindən və ümumiyyətlə Rusiya ordusunun Kiyevə endirdiyi intensiv raket və PUA hücumlarından sonra Ukrayna paytaxtı və Kiyev vilayətində Azərbaycana aid heykəllərin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işlərinə başlanılıb.
AZƏRTAC-ın xüsusi müxbirinin məlumatına görə, artıq səfirliyin qarşısındakı Ümummilli Lider Heydər Əliyevin heykəlinin qorunması istiqamətində tədbirlərə start verilib. Qarşıdakı günlərdə digər abidələrin də mühafizəsi üzrə işlər həyata keçiriləcək. Bu proses SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən icra olunur.
“SOCAR Ukraine”nin əməkdaşı Andrey Pomiluiko AZƏRTAC-a açıqlamasında bildirib ki, son vaxtlar Kiyevdə Rusiya tərəfindən raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların artması abidələrin qorunmasını zəruri edib. “Kiyev şəhəri və Kiyev vilayətində Azərbaycan Respublikasına aid bir sıra abidələr mövcuddur. Bunlara Kiyevdəki Heydər Əliyev parkında yerləşən Heydər Əliyevin abidəsi və fəvvarəsi, İrpen şəhərinin Dostluq parkındakı Zərifə Əliyevanın abidəsi, eləcə də Kiyevdə Nəsimi, Səməd Vurğun və Müslüm Maqomayevin abidələri daxildir. Hazırda bütün bu abidələrin yanğına davamlı brezentlə örtülməsi, ətrafının qum kisələri ilə möhkəmləndirilməsi və üzərinə taxta karkas quraşdırılması işləri aparılır. Abidələrin fasad hissəsində isə onların konturunu əks etdirən banerlər yerləşdiriləcək”,- deyə Andrey Pomiluiko əlavə edib.
Azərbaycana məxsus abidələrin mühafizə işlərinin yaxın bir həftə ərzində tamamlanması nəzərdə tutulur. Heykəllərin açılması isə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qərarı ilə gerçəkləşə bilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 18 Noyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















