Kiyevə dron hücumu: Lənkərandan olan KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Amansız müharibə bu gün Kiyevdə daha bir insanın həyatına son qoydu.
KONKRET.az xəbər verir ki, bunu Musavat.com-a Ukraynada yaşayan diaspor fəalı Yalçın Qəhrəmanoğlu bildirib. Həmvətənimiz baş vermiş hadisə ilə bağlı daha sonra bunları açıqlayıb: “Zatən, 5 ildir ki, Kiyevdə ölüm və müharibə ilə üz-üzə yaşayırıq. Və hər gün insanların Rusiyanın işğalçı hücumu nəticəsində həyatlarını itirdiyinin şahidi oluruq. Bu gün də dostumuz Natiq Ələkbərovun atası Akif dayı xırda yük maşını ilə “Stoliçniy” ərazisindən “Bisnevi”yə hərəkət edərkən dron hücumuna məruz qalıb. O, “Julyana” körpüsünün altında həyatını itirib. Əslən Lənkərandan olan həmyerlimizin faciəsi bizi çox sartsıtdı…”
Y.Qəhrəmanoğlu daha sonra Musavat.com-a bildirib: “Bu gün həm də Bakıda İkinci Qarabağ savaşının – Vətən Müharibəsinin ildönümü, Anım Günü qeyd olunur. Müharibə qurbanlarını, şəhidləri sayğıyla xatırlayır, hamısına “Allah rəhmət eləsin” deyirəm. Arzulayıram ki, tezliklə Ukraynada da müharibəyə son qoyulsun, insanlar həyatlarını itirməsin, övladlar ata-anasız, valideynlər övladsız qalmasın”.
Baxış sayı:82
Bu xəbər 27 Sentyabr 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















