Kiyevə Rusiya ərazisini ballistik raketlərlə vurmaq icazəsi 3 gün bundan əvvəl verilib
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Ukraynaya Rusiya ərazisində uzaqvuran silahlarla vurmaq icazəsi barəsindəki məlumatı üç gün bundan əvvəl verib. Bu barədə məlumatı "Axios" portalı anonim mənbəyə istinadla verib.
Mənbənin sözlərinə görə, Bayden administrasiyası uzaqvuran silahlardan yalnız Kursk vilayəti ərazisinə zərbələr endirilməsinə razılıq verib.
Dünən "Nyu York Tayms" nəşri mənbələrə istinadla xəbər vermişdi ki, Prezident Cozef Baydan Ukrayna ərazisindən Rusiyanın dərinliklərinə "ATACMS" ballistik raketləri ilə zərbə endirilməsinə razılıq verib.
"Le Fiqaro" qəzetinə məlumat verən mənbələr isə, Fransa ilə Böyük Britaniyanın Kiyevə"SCALP" və "Storm Shadow" taktiki raketləri ilə zərbələr endirməsinə icazə verdiklərini bildiriblər.
Bu xəbərlər hələlik Vaşinqton, Paris və London tərəfindən rəsmən təsdiqlənməyib.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Noyabr 2024 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















