Kızılcık şerbeti ndə gözlənilməz ayrılıq baş rol ifaçısı gedir FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Show TV-nin sevilən serialı "Kızılcık Şerbeti""ndə dörd mövsümdür Doğa obrazını canlandıran Sıla Türkoğlu layihədən ayrılır.
Milli.Az xəbər verir ki, aktrisa dizidən öz istəyi ilə ayrılmaq qərarı verib. Türkoğlu bu qərarını mövsümün əvvəlində dizinin prodüseri Faruk Turgutla bölüşüb. Lakin Turgutun xahişi ilə aktrisa 113-cü bölümdən sonra seriala vida etməyə razılaşıb.
Son dövrlərdə reytinqlərində azalma müşahidə olunan "Kızılcık Şerbeti" serialında ayrılıqlar ard-arda gəlir.
Qısa müddət əvvəl Ece İrtem (Işıl) və Batuhan Bozkurt Yüzgüleç (Firaz) də layihədən ayrılacaqlarını açıqlamışdılar.
Sıla Türkoğlunun da gedişi ilə birlikdə serialın əsas hekayəsində böyük dəyişikliklər gözlənilir.
İzləyiciləri ən çox maraqlandıran məsələ Doğa obrazının necə ayrılacağıdır.
Əvvəlki ssenaridə onun Firazla qaçacağı planlaşdırılmışdı, lakin tamaşaçılardan gələn mənfi reaksiyalar səbəbindən bu xətt ləğv edilib.
Yeni ssenariyə əsasən, Doğa fərqli bir hekayə ilə "Kızılcık Şerbeti"nə vida edəcək.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 31 Oktyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















