Kızılcık Şerbeti nin məşhur aktyoru 20 ildir psixiatrik müalicə alır
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
"Kızılcık Şerbeti" serialının aktyoru Ahmet Mümtaz Taylan şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Ceren Benderlioğlunun təqdim etdiyi "Dile Kolay" yutub proqramında uzun illərdir psixiatrik dəstək aldığını bildirib. O, artıq 20 ildir mütəmadi şəkildə mütəxəssis nəzarətində olduğunu açıqlayıb.
Ahmet Mümtaz Taylan həyatının müəyyən dövrlərində depressiya ilə təkbaşına mübarizə aparmağa çalışdığını, lakin sonradan bunun doğru yol olmadığını anladığını etiraf edib. Onun sözlərinə görə, peşəkar dəstək almaq bu prosesdə mühüm rol oynayıb.
Aktyor psixoloji çətinliklərlə üzləşən insanlara da müraciət edərək belə hallarda utanmadan və vaxt itirmədən mütəxəssisə üz tutmağın vacibliyini vurğulayıb.
Sənətçinin səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirə olunub və izləyicilər tərəfindən dəstək mesajları ilə qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 09 İyul 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















