Kızılcık Şerbeti serialına yeni sima: Məşhur aktyor Leo obrazında FOTO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Populyar türk serialı "Kızılcık Şerbeti" yeni mövsümə sürpriz yeniliklərlə davam edir.
Milli.Az xəbər verir ki, layihəyə məşhur müğənni Murat Balcı da qoşulacaq. O, ekran işində aktrisa Ece İrtemin canlandırdığı "Işıl" obrazının sevgilisi "Leo" rolunu ifa edəcək.
Murat Balcının seriala qatılması ekran əsərinə əlavə rəng qatacağı gözlənilir. Tamaşaçılar onu ilk dəfə aktyor kimi bu cür ciddi layihədə izləyəcəklər. Bu da layihənin dinamikasına yeni nəfəs gətirə bilər.
Qeyd edək ki, serialın baş rollarını Doğukan Güngör (Fatih) və Sıla Türkoğlu (Doğa) paylaşır. Rejissorluğunu Ketçenin (Hakan Kırvavaç) etdiyi "Kızılcık Şerbeti", ictimai mövzulara toxunması və güclü aktyor heyəti ilə geniş izləyici kütləsi qazanıb.
Serialın bu mövsüm üçün final tarixinin 30 may olduğu açıqlanıb. Mövsüm finalına doğru hekayənin hansı istiqamətdə inkişaf edəcəyi və yeni obrazların süjetə necə təsir edəcəyi böyük maraq doğurur.
Kənan
Milli.Az
Baxış sayı:59
Bu xəbər 04 May 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















