Icma.az
close
up
RU
Klarneti milliləşdirən sənətkar

Klarneti milliləşdirən sənətkar

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vəli Qədimov-85

Ustad klarnet ifaçısı, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vəli Qədimov artıq 15 ildir ki, xatirəyə dönüb. Pərəstişkarları onu yada salanda həm kədərlənir, həm də ifalarının oynaq sədalarının təsiri ilə nikbinləşirlər. 

Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisi ilə Dağlı məhəlləsinin qovuşduğu məkanda, toylarda şıdırğı rəqslərin oynanıldığı yerdə, nəfəs alətləri ifaçısı Nurbala kişinin ailəsində dünyaya göz açıb. Uşaq vaxtından klarnet ifaçılığını müəllimsiz öyrənib və artıq 14 yaşında tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində çıxış etməyə başlayıb. 

Onda ansamblın bədii rəhbəri kaman ustası, Xalq artisti Ağacəbrayıl Abasəliyevin atası Ağasaleh müəllim olub. Maraqlıdır ki, 30 il sonra Ağasəlim müəllim də Xalq artisti Zeynəb Xanlarovanın ansamblının bədii rəhbəri olarkən Vəli Qədimovla birgə çalışıb. Onun əli və nəfəsi ilə klarnet bir anda cana gəlib şeyda bülbül kimi cəhcəh vururdu, ilan dili çıxarırdı.  

Vəli Qədimov kar gözəl sənətBaba Salahovun rəhbərlik etdiyi ansamblda peşəkar fəaliyyətə başlayıb. Az vaxtda istedadı ilə ustad sənətkarların diqqətini cəlb edərək xalqın sevdiyi ifaçılardan olub. El məclislərində də onun çıxışları əsl anşlaq yaradıb. Öz ifaları ilə mağarda rəqs edənlərə sanki güc və ilham veriib. Nə oynayanlar yorulmaq bilib, nə də baxanlar, dinləyənlər.

Onun sənətə bağlılığı, ifaçılıq məsuliyyəti əsl örnək sayıla bilər. Zeynəb Xanlarovanın ansamblının tərkibində aparıcı klarnet ifaçısı kimi dünyanı, özü demişkən, iki dəfə gəzib dolaşaraq, Azərbaycan musiqisini hər yanda ustalıqla təbliğ edirdi. Bu cümlələri yazdıqca onların ifa etdiyi “Bülbülüm” mahnısı qulaqlarımda səslənir. Klarnet də dil açıb Zeynəb xanıma qoşulur, onunla duet oxuyur.  “Bülbülüm”ü qarmon ifaçısı Leyla Şabanova ilə birgə ifa etdiyi “Xoşbəxtlik” rəqs musiqisi əvəz edir. Bu ifa da adamı, az qala, yerindən oynadır. AzTV-nin Qızıl Fondunda qorunub saxlanılan ağ-qara təsvirli qənimət kadrlarda Vəlinin məşhur qarmonçalan, Xalq artisti Aftandil srafilov, Nizami Əsgərov və digərləri ilə də çox gözəl ifaları qalır. Xüsusilə Aftandilin müəllifi olduğu “Nazilə” rəqsinin melodiyaları lap iliyə işləyir.   

Yeri gəlmişkən, sevimli nəfəs aləti onun ciyərlərini elə genişləndirib, nəfəsini elə dərinləşdirmişdi ki, bunun sayəsində hətta bir dəfə suda batdığı zaman özünü xilas edə bilmişdi. Aftandil srafilov danışırdı ki,  xaricdə konsertlərarası istirahət vaxtı Atlantik okeanında çimərkən Vəli tramplindən suya tullanıb yox olmuş, dostlarını əməlli-başlı həyəcanlaşdırmışdı. Yalnız o, bir müddət sonra 70–80 metr aralıda başını sudan çıxarıb üzə-üzə geri qayıdanda hamı dərindən nəfəs alaraq “Allaha şükür” deyib. Klarnetin ən yuxarı notunda çala bilən sənətkarı okeanın dərinliyi də batıra bilməyib. 

Vəlinin əvəzolunmaz ifaları zamanı arada qeyri-adi muğam keçidləri də olurdu ki,  heyran qalmamaq mümkün deyildi. Bu həm də muğamın böyük məharətlə instrumentallaşdırılması idi. O, hər dəfə “ ahargah”ın melodik xüsusiyyətlərini və muğam əsasını təqdim etməsi ilə möcüzə yaradırdı. Seyid Əzim Şirvani demişkən, “Xüşk olan çubidə naleyi-zar” edirdi. Həmkarlarının fikrincə, Vəli bütün virtuozluğu ilə bərabər, düz yol ifaçısı idi. Həm rəqslərin solo ifaçısı, həm ansamblın üzvü kimi yerini dəqiq bilirdi. Bəstəkar  Şəmsi Kərimovun “Gecələr” mahnısını saksofonda (!) çalması da  musiqisevərlərin yaddaşına həmişəlik həkk olunub. Sanki çalmırdı – həzin səslə, isti nəfəslə, varlıqlara qəsdlə oxuyurdu Vəli Qədimov. 

Onun “Gecələr”ini  dunləyəndə misra-misra duyğulanmağım da olub: 

... Ömür sanki muğamatdı 

Zil gündüzlər, bəm gecələr. 

Tükənməyən qazavatdı 

Həm gündüzlər, həm gecələr. 

O qız yadla əhd bağlayıb, 

Məni həsrət qundaqlayıb. 

Sübhə kimi qan ağlayıb, 

Yaş tökür qələm gecələr. 

Ümid kövrək, xəyal qırıq, 

Fələk ürəyimdən vurub. 

Gözlərimdə məclis qurub 

Kef eləyir qəm gecələr... 

Ömrünün son illərini xəstə yatağında keçirən sənətkar iflic olduğu üçün ifa edə bilmədiyi musiqilərin həsrətini çəkirdi. Bu barədə verilən sualı belə cavablandırmışdı:  “ ç ildir klarneti işlədə bilmirəm, deməli, Vəli Qədimov üç ildir yaşamır. Özümü qanadı qırılmış quş kimi hiss edirəm”. 

Sonuncu dəfə hansı havanı ifa etdiyini nədənsə xatırlamayan ustad bundan çox sarsılmış, “bilsəydim ki, bu, sonuncu ifamdır, klarneti əlimdən yerə qoymazdım, qəlbimdəki bütün nəğmələri çalardım...” – demişdi.  

“Xalq qəzeti”nin mərhum fotomüxbiri Rafiq Salmanov sənətkarla ömrünün son vaxtlarında görüşdüyünü kövrək şəkildə xatırlayırdı: “Mən onunla görüşmək imkanı əldə edən xoşbəxtlərdənəm”, – deyirdi. “Evində söhbət etdik, illərcə “Vağzalı” havasını məhz Vəlisayağı  tərzdə sevdirmiş klarnet bir kənarda qalmışdı. Masanın üstü dərmanla dolu idi, bunu görüb çox kövrəldim, sənətkara tezliklə sağalıb yenidən klarnetinin könlünü almasını arzuladım. Amma zalım fələk imkan vermədi... Həssas, xeyirxah, təvazökar, dərin musiqi duyumu, şəxsən özünün yaratdığı rəqslər olan Vəlinin məktəbi yaşadılmalıdır. ünki o, musiqinin əmin əllərdə olmasını istəyirdi”. 

Xatirə gecələrinin birində onun sənət bulağından su içmiş qədirbilən yetirmələri bənzərsiz insan haqqında “Xatirə” adlı musiqi kompozisiyasını təqdim ediblər. Vəli Qədimov, sözün əsl mənasında, əziz, unudulmaz bir xatirəyə dönüb.

Ə.DOSTƏLİ

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Yanvar 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri