Icma.az
close
up
RU
Klassik sülh müqaviləsi mümkün deyil RƏY

Klassik sülh müqaviləsi mümkün deyil RƏY

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İki dövlət arasında paraflanmış sülh sazişinin kriteriyaları, əslində, çərçivə sülh sazişi anlayışına uyğun gəlir


Azərbaycanın Ermənistanla klassik anlayışlı sülh müqaviləsi mümkün deyil. Səbəblərinin də görünən - publik səsləndirilən və açıq səsləndirilməyən, strateji hədəflər tərəfi var. Bu gün görünən tərəf, Ermənistanın Konstitusiyasında Azərbaycana, o cümlədən digər qonşulara qarşı ərazi iddialarını əks etdirən müddəaların çıxarılmasıdır.


Görünməyən tərəf isə sovet dövründə Azərbaycanın razılığı olmadan Ermənistana qanunsuz verilən (Zəngəzur, Göyçə, Dərələyəz və sair) torpaqlarının taleyidir, hansı ki, Azərbaycan Ermənistanla klassik sülh müqaviləsi ilə Ermənistanın əsasız əldə etdiyi həmin Azərbaycan torpaqları üzərinə legitimlik vermək niyyətində deyil.


Bu barədə Sherg.az-a danışan siyasi şərhçi Vüqar Dadaşov bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan da "real Ermənistan" deyəndə məhz bunu, yəni sovet İttifaqı dağılandan sonra müstəqilliyi ilə qanunsuz mənimsədiyi həmin torpaqları nəzərdə tutur: 

“Elə Ermənistanın da Sovet İttifaqı dağılandan sonra özünü sovet Ermənistanının varisi elan etməsinin səbəbi budur. Azərbaycan isə özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Yəni Azərbaycan sovet dövründə qonşularına verilən həmin torpaqların da varisidir. Azərbaycanın Ermənistanla klassik sülh müqaviləsini mümkünsüz edən məhz bu fərq və ziddiyətdir. İranı da Zəngəzur dəhlizindən qorxudan bu fakt, yəni Azərbaycanın mümkün strateji hədəfləridir. Yayımlanan, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda paraflanmış 17 maddədən ibarət sülh sazişinin mətni Azərbaycanın strateji hədəflərini dəstəkləyir, milli maraqlarını əks etdirir. Klassik anlamda ənənəvi sülh sazişində əsasən müharibənin bitməsi, dövlətlərin ərazi sahəsi, dövlət sərhədlərinin konkret təsviri (koordinatlar), müharibə zərərinin (kontribusiya) ödənilməsi qeyd edilir. Ancaq Azərbaycan və  Ermənistan arasında paraflanmış sülh sazişinin mətnindən göründüyü kimi, bu sənəddə yuxarıda qeyd etdiklərimlə yanaşı sərhədlərin delimitasiya, demarkasiyası yoxdur və ayrıca sazişlə müəyyən ediləcəyi göstərilir. Beynəlxalq hüquq baxımından, iki dövlət arasında paraflanmış sülh sazişinin kriteriyaları, əslində, çərçivə sülh sazişi anlayışına uyğun gəlir.Təkcə sülh sazişinin mətninin razılaşdırılması və paraflanması nəinki Azərbaycanın möhtəşəm hərbi qələbəsinin siyasi fiksasiyasıdır, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi strategiyası dövlətçilik və milli maraqlarımızın, strateji hədəflərinin gələcək təminatı üçün imkanları genişləndirən siyasi - ideoloji təməlidir. Bəli, məhz liderlər xalqların gələcək taleyini müəyyən edir. Bütövləşmək, böyümək artıq Azərbaycanın taleyidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri