Icma.az
close
up
RU
Kleopatranın gözəllik sirri kətan toxumu idi?

Kleopatranın gözəllik sirri kətan toxumu idi?

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Tarix boyu Misirlilər üçün əsl həyat iksiri hesab olunan kətan toxumu zəngin Omega-3 yağ turşuları, lif və antioksidant tərkibi ilə müasir dövrdə də populyarlığını qoruyur.

News24.az bildirir ki, saç tökülməsindən ekzema və quruluğa, kəpəkdən quru dəriyə qədər bir çox problemi təbii yolla aradan qaldıran bu toxum, həm daxili istifadədə, həm də xarici tətbiq üçün mükəmməl nəticələr verir.

Tarixi mənbələrə görə, Misirlilər kətan toxumunu həyatlarının ayrılmaz hissəsi kimi qəbul ediblər. Bu gün kətan toxumu müxtəlif içkilərə, salatlara, qatığa əlavə olunur və ya üyüdülərək istehlak edilir. Ən təsirli formalarından biri isə kətan toxumu jelisidir, hansı ki, həm saç üçün təbii formalaşdırıcı, həm də dəri üçün nəmləndirici vasitə kimi istifadə edilir.

Kətan toxumu jelisi Omega-3 yağ turşuları, E vitamini və antioksidantlar sayəsində saç köklərini dərinlikdə qidalandırır, saç dərisini nəmləndirir və saçların sağlam, parlaq uzanmasını dəstəkləyir. Kimyəvi jellərə ehtiyac qalmadan, saçlarınızı sərtləşdirmədən, təbii parlaqlıq verərək formalaşdırır.

Xüsusilə qıvrım saçlara sahib olanlar üçün ideal olan bu jeli bukleleri müəyyənləşdirir, saçların elektriklənməsinin qarşısını alır. 

Kətan toxumundakı Omega-3 yağ turşuları və lignanlar saç köklərini gücləndirərək tökülməni azalda bilər. Mütəmadi olaraq həm daxildən kətan toxumu istehlak etmək, həm də jelini saç dərisinə masaj şəklində tətbiq etmək faydalıdır. Bu, saç dərisinin nəmlənməsini təmin edir, iltihabları azaldır və saçların sürətli, sağlam uzanmasına kömək edir.

Həftədə ən azı bir dəfə jelini saç dərisinə masaj edilərək 20 dəqiqə saxlanmalı, sonra ilıq su ilə yuyulmalıdır. Bu prosedur kəpək problemini də azalda bilər.

Kətan toxumunun antibakterial və sakitləşdirici xüsusiyyətləri sayəsində sızanaq və digər dəri problemləri azala bilər. Omega-3 yağ turşuları dəridəki iltihab proseslərini azaldaraq sızanaq izlərinin bərpasına dəstək verir.

Egzema kimi qaşınma və qızartı ilə müşayiət olunan dəri xəstəliklərində də kətan toxumu yağı və ya jelisi iltihablı və həssas bölgələrə yumşaq şəkildə tətbiq olunaraq rahatlıq gətirir.

Aqil

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri