Icma.az
close
up
RU
Klinik ölüm keçirən professor həyata döndü: “Yaşamağım möcüzədir”

Klinik ölüm keçirən professor həyata döndü: “Yaşamağım möcüzədir”

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Ötən ay Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadə kliniki ölüm keçirib.
Belə ki, müayinə zamanı onun ürək damarlarında tıxanma aşkar edilib. AzEdu.az səhhəti ilə bağlı professorla təkrar əlaqə saxlayaraq vəziyyətini öyrənib.
Onun sözlərinə görə, ürəyindən heç bir zaman şikayəti olmayıb:
"Bilirsiniz, gəncliyimdə mən həvəskar idmanla məşğul olmuşam, ömrüm boyu sağlam həyat tərzinə üstünlük vermişəm, ona görə də həmişə sağlam olmuşam. Ürəyimdən isə heç bir zaman şikayətim olmayıb. Sadəcə, həkimlərin dediyinə görə tromp nəticəsində ürək damarında tıxanma yaranıb. Yaxşı ki, həkimə son məqamda müraciət etdik və xoşbəxtlikdən məni peşəkarlıq dərəcəsi yüksək olan həkimlər müalicə etdilər. Əvvəlcə məni klinik ölümdən çıxardılar, sonra damara stend qoyublar.
Bu, mənim bu suala real cavabım idi. İndi bu suala məcazı məna kəsb edən cavab vermək istərdim. Mən müəlliməm. Artıq 50 ilə yaxın pedaqoji stajım var, bu illərin qırx dördünü Bakı Dövlət Universitetinə həsr etmişəm. Mənim düşüncəm belədir ki, müəllim öz yetirmələrinin gələcək həyatına işıq salmaq üçün ürəyini şam kimi yandırmalıdır. Qürur hissi ilə demək istirdim ki, mən belə müəllim olmuşam.
Bildiyiniz kimi, İctimai Şura xətti ilə son iki ili mən istər Bakı şəhərində, istərsə də Respublikamızın bir çox rayonlarında yerləşən müxtəlif təhsil müəssisələrində görüşlər keçirmiş, müəllimlərlə maarifləndirici söhbətlər aparmışam. Hər yerdə keçmiş tələbələrimin mənimlə görüşəndə reaksiyalarından gördüm ki, mən onların sevgisini qazanmışam. Hərdən düşünürəm ki, bəlkə bu xəstəliklə “ürək dedi yorulmuşan”. Amma ürəyim məni öz əqidəmdən döndərə bilməz.
Mən yenə əvvəlki kimi tələbələrimin yüksək səviyyəli kadr və şəxsiyyət kimi inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm. Onlar xalqımızın gələcəyidirlər. Bu yolla xalqımın daha firavan yaşamasına öz xidmətimi göstərmiş oluram. Mənim həyat fəlsəfəm belədir. “Əl” sözü isimdir, onun məna çalarlarını açmaq üçün sifətdən istifadə edirlər. Məsələn, “bacarıqlı əllər”, “sehrli əllər”, “sirrli əllər”,... “şəfalı əllər”. Zaman kontekstində bu ifadələr müxtəlif sənət adamlarına şamil edilib. Həkimlərin bəxtinə düşən “şəfalı əllər” ifadəsi onların insanlara bəxş etdiyi “şəfa”nı əks etdirir.
“Şəfalı əl” ifadəsində insan fəaliyyətinin ağırlıq mərkəzi “əl” sözünün üzərinə düşür. Lakin “əl” yalnız və yalnız beynin əmrlərini yerinə yetirir. Bu insanın bilikləri, şəxsiyyət keyfiyyətləri və intellekti ilə bağlı məsələdir. Vaxtında düzgün qərar qəbul etmək, qarşıya çıxan məsələnin düzgün həlli yolunu tapmaq, qərarı düzgün yerinə yetirmək... Bütün bunlar vəhdətdə insanın peşəkarlıq səviyyəsində özünü təcəssüm etdirir. Güzəran psixologiyasında yaranmış “şəfalı əl” ifadəsi məna çalarları müstəvisində bütün bunları öz bətnində birləşdirir".
Bəlkə də, dediklərimə kimsə şübhə ilə yanaşa bilər. Amma mən bu günlərdə məhz “şəfalı əlləri” ilə yüzlərlə insanın həyatına işıq saçan peşəkar həkimlərlə təmasda oldum:
"Hətta bir qədər gec müraciət etməyimə baxmayaraq, onlar mənə öz əlləri ilə şəfa verə bildilər. Baş verən hadisənin videosuna baxdıqda onların öz fəaliyyətləri ilə necə bir “möcüzə” yaratdıqlarının şahidi oldum. Bunları mənə danışaydılar, bəlkə mən də inanmazdım, onların etdikləri sözün həqiqi mənasında əsl möcüzə idi.
Bu o deməkdir ki, mən qalan həyatımı onlara borcluyam. Mərkəzi Gömrük Hospitalının həkimlərinə təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm. Hər yerdə qürurla deyəcəyəm. Ölkəmizdə peşəkar həkimlər var, onlar bizim sağlamlığınızın keşiyində dururlar, yetər ki, sağlamlığımızı onlara vaxtında etibar edək.
Əvvəllər sağlamlığıma etibar edib, səhhətimə heç diqqət etmirdim. İndi bir az ehtiyatlı olmağa başlamışam. Gün ərzində müəyyən dərmanları qəbul edirəm. Rejimlə yaşamağa başlamışam. Görək bu nə qədər davam edəcək. Mən istər dərs deyəndə, istərsə də elmi fəaliyyətlə məşğul olanda hər şeyi unuduram. İndi deyəsən özümə bir qədər çox diqqət göstərməliyəm.
Mən fəaliyyətsiz dayana bilmirəm. Həkim icazə verdiyi üçün artıq işə çıxıram. Demək olar ki, artıq bərpa olmuşam. Qarşıdan yay tətili gəlir. Yəqin yaxşı istirahət etməliyəm. Amma iki ildir bir kitab üzərində işləyirəm. İndi bir az fasilə vermişəm. Yayda həmin kitabı da bitirmək istəyirəm. Ali məktəb müəllimlərinin istirahəti elə işləməklə keçir.
Sonda mən həm Elm və Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin həm rəhbərliyinə, həm də əməkdaşlarına, eləcə də təhsil ictimaiyyətinə xəstəliyim müddətində mənə göstərdikləri mənəvi dəstəyə görə minnətdarlıq edirəm. Onların diqqət və qayğısı mənim qısa müddətdə tam sağalmağıma yol açdı".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyun 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri