Klub rəhbəri iki jurnalisti həbslə hədələyir Futbolumuzda QALMAQAL
Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycan futbolunda növbəti xoşagəlməz hadisə yaşanır.
Modern.az xəbər verir ki, “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev, onun fəaliyyətini tənqid etdiyinə görə iki jurnalisti həb etdirməklə hədələyib.
Belə ki, klub prezidenti Riad Rəfiyev idman jurnalistləri Anar Şabanoglu (Sports.az saytı) və İxtiyar Əsgərovdan (Matç.az saytı) prokurorluğa şikayət edib.
Prokurorluğa dəvət olunan baş redaktorlara xəbərdarlıq edilərək, 20 sutkaya qədər həbs oluna biləcəkləri bildirilib.
“Sumqayıt” Futbol Klubunun prezidenti jurnalistləri məhkəməyə də verib. Riad Rəfiyev media nümayəndələrinin onun təhqir etdiyini bildirib. Onun iddiasına görə, jurnalistlərin yazılarında onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən ifadələr yer alıb.
Jurnalistlər isə klub rəhbərinin iddialarını rədd ediblər.
Anar Şabanoğlu bildirib ki, Riad Rəfiyevlə sona qədər mübarizə aparacaq.
“İdman jurnalistlərinə atdığı şərə, 26 illlik jurnalist imicimi ləkələməyə yönəlmiş şikayətə görə sona qədər mübarizə aparacam!”.
İxtiyar Əsgərovun sözlərinə görə, yazısında “Sumqayıt” rəhbərinin işini "yarıtmaz" adlandırdığına görə hədəfə tuş gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 09 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















