Klub rəhbərliyindən paylaşım: Heç kimin maraqları Kəpəz in maraqlarından üstün tutula bilməz
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Kəpəz"in İdarə Heyətinin üzvü Müzadil Həsənov sosial şəbəkə hesabından yeni sponsorun gəlişi ilə bağlı məlumat paylaşıb.
Sportal.az xəbər verir ki, Həsənov dəyişikliklərin rəsmiləşdirilməsi istiqamətində sənədləşmə işlərin getdiyini bildirib.
Həsənovun paylaşımını təqdim edirik:
"Dəyərli dostlar, son günlər "Kəpəz" PFK ilə bağlı tirajlanan xəbərlər "ucuz sensasiya" və qarayaxma xarakteri daşıyır və heç bir şəkildə həqiqəti əks etdirmir!
Bu birmənalıdır! Klubun idarə heyətinin üzvü kimi hamınızı əmin edirəm ki, yeni sponsorun bütün arzu və istəkləri yerinə yetirilir. Hazırda dəyişikliklərin rəsmləşdirilməsi istiqamətində lazımı sənədləşmə işləri aparılır. Heç kimin maraqları "Kəpəz"in maraqlarından üstün tutula bilməz! Buna əmin olun! İnşallah yeni mövsümdə, yeni stadionumuzda tam yeni, çempionluğa oynayan bir "Kəpəz" görəcəyik!".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 13 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















