Klublararası Dünya Çempionatının qrup mərhələsində daha iki oyun keçirilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 17 iyun, AZƏRTAC
Klublararası Dünya Çempionatının qrup mərhələsinin ilk turunda növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, C qrupunda Argentinanın “Boka Juniors” komandası Portuqaliyanın “Benfika” klubu ilə 2:2 hesablı heç-heçə edib.
D qrupunda isə Braziliya təmsilçisi “Flamenqo” Tunisin “Esperanse” kollektivini 2:0 hesabı ilə məğlub edib.

