Kobaxidze: Zurabişvilini radikal müxalifətin lideri etmək cəhdi iflasa uğrayacaq
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Salome Zurabişvilinin prezidentlik müddəti dekabrın 29-da başa çatır - onu radikal müxalifətin lideri etmək cəhdi tamamilə iflasa uğrayacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Hökumət başçısı qeyd edib ki, Zurabişvilinin dövlət maraqlarına zidd hərəkət etmək imkanı yoxdur.
"Salome Zurabişvili əvvəllər olsa da, hazırda Fransa vətəndaşı deyil. O, həmçinin 2004-cü ilə qədər Fransanın Gürcüstandakı səfiri olub. Sonra o, Gürcüstanın xarici işlər naziri təyin edilib. Onun belə bir tarixçəsi var. O, Fransada mühacir ailəsində anadan olub. Bəziləri onu radikal müxalifətin lideri kimi göstərmək istəyir, amma hamıya xatırlatmaq istəyirəm ki, onun prezidentlik müddəti dekabrın 29-da başa çatır. Təbii ki, onu radikal müxalifətin lideri etmək cəhdi tamamilə iflasa uğrayacaq. Beləliklə, onun dövlət maraqlarına zidd hərəkət etmək imkanı yoxdur”, - deyə İrakli Kobaxidze bildirib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 04 Dekabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















