Kobaxidze Zurabişvilinin APdəki bəyanatlarını absurd adlandırdı: İlk dəfədir belə bir şey görürəm
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dekabrın 18-də Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvili Avropa Parlamenti qarşısında ölkədə baş verən aktual hadisələrlə bağlı çıxış edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Vestikavkaza.ru" nəşri məlumat verib.
Məlumata görə, Baş nazir İrakli Kobaxidze Salome Zurabişvilinin bəyanatlarının əhəmiyyətsiz və absurd olduğunu deyib.
"İlk dəfədir ki, bir adamın öz kreslosundan necə yapışdığını görürəm. O, öz vəzifəsi ilə vidalaşmaq istəmir, ona görə də çox ağır emosional vəziyyətdədir", - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, dekabrın 18-də Salome Zurabişvili Avropa Parlamentində çıxışında Aİ-ni Gürcüstandakı "siyasi böhranı" həll etmək üçün daha sürətli hərəkət etməyə çağırıb.
Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır. Buna baxmayaraq, Salome Zurabişvili özünü Gürcüstanda yeganə legitim hakimiyyət hesab edir və prezident kreslosunu tərk etməyəcəyini deyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 18 Dekabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















