Icma.az
close
up
RU
KOBİA: Azad edilmiş ərazilərin münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır

KOBİA: Azad edilmiş ərazilərin münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 may, AZƏRTAC

Kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu sektorlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində deyib.

O bildirib ki, bunun davamı olaraq KOBİA mikro, kiçik və orta sahibkarların bugünkü sərgilərdə iştirakına dəstək göstərir.

“Agentliyin dəstəyi ilə aqrar və qida sektorlarında fəaliyyət göstərən 9 KOB subyekti onlar üçün ayrılmış xüsusi stenddə öz məhsul və xidmətlərini təqdim edirlər. Stendimizdə mikro, kiçik və orta sahibkarlar tərəfindən istehsal olunmuş müxtəlif turşular, əzmələr, donmuş meyvə püreləri, siroplar, suxarilər, peçenyelər, təbii sirkələr, kərə yağları, şərablar, ballar, toxumlar və gübrələr, suvarma sistemləri və avadanlıqları və s. nümayiş olunur. Ümumiyyətlə, KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasına dəstəyin göstərilməsi vacibdir və bu, KOBİA-nın fəaliyyət istiqamətlərindən biridir”, - deyə o bildirib.

O.Məmmədov vurğulayıb ki, 2018-ci ildən etibarən 1500-dən çox startap, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə və yarmarkalarda iştirakına KOBİA tərəfindən dəstək göstərilib: “Eyni zamanda, KOBİA “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərinə dəstək göstərən qurumlar sırasındadır. Kənd təsərrüfatı və qida sənayesi ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun aparıcı sahələrindəndir və ötən müddət ərzində ölkəmiz bu sahədə bir çox uğurlar qazanıb. Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatı sahəsində fəaliyyət yerli icmaların, kəndlərin və regionların, bütövlükdə ölkənin dayanıqlı sosial-iqtisadi inkişafında aparıcı rola malikdir. Kənd təsərrüfatı həm də qlobal miqyasda ərzaq təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış edir. Heç şübhəsiz ki, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı və investisiya cəlbediciliyi, kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır və bu sahədə fəaliyyət nəticədə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verməkdədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri