Icma.az
close
up
RU
KOBİA gənc sahibkarlarla bağlı ötənilki fəaliyyətini açıqlayıb

KOBİA gənc sahibkarlarla bağlı ötənilki fəaliyyətini açıqlayıb

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

2024-cü ildə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) biznes üzrə bilik və bacarıqların artırılmasına dair təlim, məsləhət və biznes planın hazırlanması xidmətlərindən faydalananların 40 %-ni gənclər təşkil edib. SİA KOBİA-ya istinadən xəbər verir ki, təkcə biznes subyektini vergidən azad edən "Startap" şəhadətnaməsi almış KOB-ların 30 %-dən çoxu, qrant dəstəyindən yararlanmış sahibkarların isə 30 %-i gənc sahibkarlar və startaplardır.

KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və bu sahədə onların təşəbbüslərinin dəstəklənməsi üçün peşə və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Agentliyin biznes üzrə mütəxəssisləri müxtəlif peşə və ali təhsil müəssisələrinin tələbələri ilə görüşərək sahibkarlıq fəaliyyəti, bu sahədə dəstək alətləri üzrə ilkin məlumat verir, gənclərin suallarını cavablandırırlar. Həmçinin, biznes fəaliyyətinə marağı olan tələbələr üçün təlimlər təşkil edilir.

Eyni zamanda KOBİA və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə gənclərin biznes təşəbbüslərinə dəstək məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir. Gənclərin biznesə başlaması üçün ilkin dəstəyi təmin edən “Gənclərin biznes emalatxanası” və biznes ideyalarının maliyyələşdirilməsinə töhfə verən “Bizdən biznəsə” layihələrindən 60 gənc faydalanıb.

Agentliyin “KOB könüllüləri” proqramı da idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə və magistrların sahibkarlıq sahəsində ilkin biliklərə yiyələnmələri üçün faydalıdır. Bugünədək 700-dən çox gənc proqramı uğurla başa vurub. Onlar arasında özəl sektorda çalışan gənclər xüsusilə seçilir.

Qeyd edək ki, Azərbaycan əhalisinin 23 %-ə yaxınını gənclər təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Aprel 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see225

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see174

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see144

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see141

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see135

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see132

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see131

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see130

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see129

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see128

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see128

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see125

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see124

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see122

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see121

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see121

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri