Icma.az
close
up
RU
KOBİA Keniya ilə sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib FOTOLAR

KOBİA Keniya ilə sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib FOTOLAR

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Dünya Palata Federasiyasının Afrika Sammitində (“WCF Africa 2025) iştirak etmək üçün Keniyanın paytaxtı Nayrobi şəhərində səfərdə olub. SİA KOBİA-ya istinadən xəbər verir ki, Azərbaycanın Keniyadakı Səfirliyinin təşkilatçılığı ilə baş tutan səfərin məqsədi sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi, KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi məqsədi daşıyıb.

Dünyanın 70-ə yaxın ölkəsindən ticarət palatalarının təmsilçilərinin və iş adamlarının qatıldığı tədbirdə KOBİA nümayəndələri aidiyyəti qurum və təşkilatlarla fikir və təcrübə mübadiləsi aparıblar.

Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Keniyanın İxracın Təşviqi və Brendinq Agentliyinin (KEPROBA) baş direktoru Floys Mukabana, Keniya Milli Ticarət və Sənaye Palatasının (KNCCI) baş direktoru Ahmed Farah və vitse-prezidenti Mustafa Ramadhan, kooperativlər və mikro, kiçik və orta müəssisələrin inkişafı naziri Vycklif Oparanya, eləcə də Dubay Ticarət Palatasının vitse-prezidenti Hasan Əl Haşemi, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov ilə görüşlər keçirib. Görüşlərdə Keniya ilə ticarət əlaqələrinin inkişaf perspektivləri və bu sahədə KOB-ların iştirakı, sahibkarlar arasında əməkdaşlıq, biznesə dəstək və xidmət göstərən strukturlar arasında münasibətlərin qurulması, sahibkarlıq sahəsində təcrübə mübadiləsi, biznes imkanlarının araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

KOBİA nümayəndələri Azərbaycanda biznes fəaliyyətinə və investisiya qoyuluşuna maraq göstərən Keniya iş adamları ilə də görüşüblər. Görüşdə KOBİA tərəfindən ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlar, güzəştlər, biznes fəaliyyəti və sərmayə qoyuluşu üçün prioritet sektorlar, Agentliyin Azərbaycanda biznes fəaliyyətinə və sərmayə qoyuluşuna maraq göstərən xarici iş adamlarına göstərə biləcəyi dəstək barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin səfər zamanı KOBİA nümayəndələri Azərbaycanın Keniyadakı səfirliyində olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Aprel 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri