Icma.az
close
up
RU
KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb AZƏRTAC

KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 yanvar, AZƏRTAC

Almaniya Federativ Respublikasının Münhen şəhərində ölkəmizin Almaniyadakı səfirliyinin və Almaniyanın Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə “Yeni üfüqlərin tədqiqi: Alman şirkətləri üçün Azərbaycanda investisiya və əməkdaşlıq” mövzusunda Alman–Azərbaycan İqtisadi Forumu keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, tədbirin “Əməkdaşlığın təşviqi: Alman-Azərbaycan biznes tərəfdaşlıqları üçün stimullar” mövzusunda panelində KOBİA, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin–AZPROMO-nun rəhbərləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Forumdakı çıxışında agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov iki ölkənin biznes dairələri arasında birgə əməkdaşlığın genişləndirilməsi, KOB-ların rəqəmsallaşdırılması və yaşıl transformasiya sahəsində təcrübə mübadiləsi, həmçinin Almaniyanın KOB-lara dəstək mexanizmlərinin öyrənilməsi və tətbiq olunmasının əhəmiyyətli olacağını qeyd edib.

Maynz şəhərində keçirilmiş “Azərbaycan: Gələcəyin Qovşağı - Alman şirkətləri üçün strateji imkanlar” mövzusunda tədbirin “Azərbaycan regionda strateji qovşaq rolunda” adlı panelində çıxış edən KOBİA sədri ölkəmizdə kiçik və orta sahibkarlıq sektorunun gücləndirilməsi üçün dövlətimizin apardığı islahatlar, bunun iqtisadiyyat üçün müsbət töhfələri, eləcə də KOBİA-nın bu sahədə tətbiq etdiyi alətlər və uğurla fəaliyyət göstərən müvafiq infrastruktur barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Səfər çərçivəsində KOBİA nümayəndələri Almaniyanın Rheinhessen əyalətinin Sənaye və Ticarət Palatasının Baş icraçı direktoru Karina Svede ilə görüşüblər. Görüşdə biznes strukturları arasında birgə layihələrin həyata keçirilməsi, sektoral işgüzar səfərlərin təşkili və digər əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri