Icma.az
close
up
RU
KOBİA sədri: Qanunsuz maliyyə axınları dövlətlərin iqtisadi təhlükəsizliyinə zərbə vurur

KOBİA sədri: Qanunsuz maliyyə axınları dövlətlərin iqtisadi təhlükəsizliyinə zərbə vurur

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 may, AZƏRTAC

Qanunsuz maliyyə axınları dövlətlərin iqtisadi təhlükəsizliyinə zərbə vurur, maliyyə institutlarına olan etimadı sarsıdır və nəticə etibarilə həm yerli, həm də xarici investisiya mühitini təhlükə altına salır.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu təhlükə kiçik orta biznes sektoruna münasibətdə daha da güclənir.

“Məhz bu səbəbdən müzakirə etdiyimiz mövzu KOBİA üçün daim aktual bir mövzudur. Bu tədbir elmi xarakter daşıdığı üçün klassik nəzəriyyə baxımından cinayət yolu ilə əldə edilmiş əmlakın, o cümlədən çirkli pulların leqallaşdırılması, yeni pul yuyulması üç mərhələdə baş verir. Bu üç mərhələ əslində çirkli maliyyə axınlarının strukturlaşmış və məqsədli şəkildə iqtisadi sistemə daxil olunma modelini yaradır. Elmi ədəbiyyatlarda bu yanaşma sistem nəzəriyyəsi və funksional iqtisadi təhlükə modelləri çərçivəsində həmişə təhlil olunur. Bu prinsip yalnız nəzəri və texniki kontekstdə deyil, eyni zamanda sahibkarlıq mühiti üçün sistemli təhlükə faktorları sayılır. Leqallaşdırılmış qanunsuz vəsaitlər, investisiya, daşınmaz əmlak, xidmət və istehsal kimi sahələrdə formal biznes görüntüsü yaradaraq bazara daxil ola bilir. Bu isə şəffaf fəaliyyət göstərən sahibkarlar üçün qeyri -bərabər rəqabət şəraiti formalaşdırır. Xüsusilə yerləşdirmə və inteqrasiya mərhələlərində belə vəsaitlər qiymətlərin süni şişirdilməsinə və iqtisadi resursların ədalətsiz bölgüsünə səbəb olur”, - deyə KOBİA sədri əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri