İdman direktoru: Basketbol üzrə Azərbaycan Kuboku sürprizlərə açıq turnirdir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 dekabr, AZƏRTAC
Turnirin formatı ötən il olduğu kimi dəyişməz qalacaq. Kubok sürprizlərə açıq turnirdir. İlk turda ev sahiblərinin üstünlüyü olsa da, sonrakı mərhələlərdə püşkatma olmadığı üçün nəticələr gözlənilməz ola bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının türkiyəli idman direktoru Turqay Zeytingöz ölkə kubokunun püşkatma mərasimi ilə bağlı danışarkən deyib.
O bildirib ki, ötən il kubokun qalibi NTD komandası olub və bu nəticə bir çoxları üçün sürpriz sayıla bilər: “Bu il də ümid edirik ki, maraqlı və gərgin qarşılaşmalar izləyəcəyik. Çox keyfiyyətli komandalar var. Kubokun digər özəlliyi isə odur ki, burada oyunlar 3+2 limiti ilə keçirilir. Yəni, matçlarda minimum iki yerli oyunçu parketə çıxacaq. Bu isə həm bizim, həm də Azərbaycan basketbolunun inkişafı üçün önəmlidir”.
Federasiya rəsmisi hansı komandaları favorit hesab etdiyini açıqlamasa da, bəzilərinin digərlərinə nisbətən önə çıxdığını bildirib: “Məsələn, “Sabah” bu mövsüm FIBA Çempionlar Liqasında çox yaxşı çıxış etdi. “Neftçi”, “Abşeron Lions”, “Gəncə” və hazırda məğlubiyyətsiz irəliləyən “Ordu” komandası da güclü təsir bağışlayır”.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının gələn il yanvarın 13-14-də keçirilməsi nəzərdə tutulub. 1/4 final matçları isə fevralın 18-22-də təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 24 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















