Icma.az
close
up
RU
KOBİA: “Yaşıl nəqliyyat” infrastrukturunun genişlənməsi prosesində KOB ların maraqları nəzərə alınmalıdır

KOBİA: “Yaşıl nəqliyyat” infrastrukturunun genişlənməsi prosesində KOB ların maraqları nəzərə alınmalıdır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 may, AZƏRTAC

KOBİA yanında İctimai Şura mandatına uyğun olaraq mütəmadi şəkildə müxtəlif sahələr üzrə kiçik və orta sahibkarları, dövlət qurumlarını və ictimai təşkilatları bir araya gətirən ictimai müzakirələr təşkil edir. Bu müzakirələr KOB-ların üzləşdiyi çağırışları və imkanları aydınlaşdırmaq, həmçinin dövlət-sahibkar əməkdaşlığını daha da gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Daxili İşlər Nazirliyinin (DİN) dəstəyi ilə keçirilən “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda müzakirədə çıxışı zamanı deyib.

O, qeyd edib ki, tədbirdə “yaşıl texnologiya”ların yol istifadəçilərinə təsiri, alternativ nəqliyyat vasitələrinin yayılması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdığı problemlər, eləcə də Bakıda yeni avtomobil və velosiped zolaqlarının sahibkarlar üçün yaratdığı real təsirlər müzakirə ediləcək.

“Məlumdur ki, “yaşıl nəqliyyat” ekoloji məsələ olmaqdan başqa, həm də yeni iqtisadi modelin formalaşması deməkdir. Elektrik avtomobillər, velosiped sistemləri, karbonsuz logistik xidmətlər, eləcə də enerji səmərəliliyi əsasında qurulan nəqliyyat təşəbbüsləri artıq bir çox ölkədə geniş tətbiq olunur. Bu tendensiya həm ətraf mühitin mühafizəsi baxımından, həm də yeni biznes imkanları yaratması baxımından çox önəmlidir. Yaşıl nəqliyyatla bağlı texnoloji yeniliklərin tətbiqi, xüsusilə də elektriklə işləyən avtomobil, skuter, velosiped və digər nəqliyyat növlərinin yayılması, KOB-lar üçün yeni fəaliyyət sahələri açır. Bu sahədə texniki xidmət mərkəzləri, enerji doldurma məntəqələri, velosiped icarəsi və servis xidmətləri, logistik platformalar və proqram təminatı üzrə fəaliyyət göstərmək mümkündür. Bu isə KOB-ların innovativ sahələrə keçidini stimullaşdırır və yeni nəsil sahibkarlıq modelinin inkişafına yol açır. Amma bu sahənin inkişafı ilə yanaşı, praktiki çətinliklər də mövcuddur, məsələn, “yaşıl nəqliyyat” vasitələrinə texniki xidmət və ehtiyat hissələrinin çatışmazlığı, şarj məntəqələrinin sayı və yerləşdirilməsindəki disbalans, nəqliyyat vasitələrinin sertifikatlaşdırma və qeydiyyat prosesindəki texniki prosedurların təkmilləşdirilmə ehtiyacları, velosiped yollarının infrastrukturunun tam oturuşmaması və s.”, - deyə O.Məmmədov vurğulayıb.

O. Məmmədov qeyd edib ki, Bakıda son dövrlər yeni avtomobil və velosiped zolaqlarının çəkilməsi hərəkətin fasiləsizliyinə və ekoloji yükün azaldılmasına müsbət təsir göstərir: “Bu məqam eyni zamanda həmin zolaqların yerləşdiyi küçələrdə fəaliyyət göstərən bəzi obyektlər üçün yeni çağırışlar da yaradıb. Məsələn, piyada axınının azalması, avtopark yerlərinin məhdudlaşması və tədarük proseslərinin çətinləşməsi bəzi KOB-ların fəaliyyətinə mənfi təsir göstərməkdədir. Bu baxımdan, “yaşıl nəqliyyat” infrastrukturunun genişlənməsi prosesində KOB-ların maraqları da nəzərə alınmalıdır”.

Qurum rəhbəri sadalanan halların aradan qaldırılması üçün bir neçə həll yollarını da diqqətə çatıdırıb.

““Yaşıl nəqliyyat” yolları layihələndirilərkən, həmin ərazilərdə yerləşən KOB-ların fəaliyyətinə təsirinin qiymətləndirilməsi aparılmalıdır, logistika və təchizat xidmətləri üçün alternativ dayanacaqlar və yükləmə-zolaqları təşkil edilməlidir, elektrik şarj məntəqələrinin yerləşdirilməsi zamanı KOB-ların müştəri axınına dəstək ola biləcək mərkəzi nöqtələr seçilməlidir. KOBİA bu sahədə bir sıra təşəbbüslər irəli sürüb və gələcəkdə də bu istiqamətdə fəaliyyətini genişləndirməyi planlaşdırır. “Yaşıl Qarabağ” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində elektrik skuterlərin istifadəsi təmin olunub. Eyni zamanda, bu layihə məşğulluğa da öz müsbət təsirini göstərib. Həmçinin qarşıdakı dövrdə bu layihəni Xankəndi şəhərində və işğaldan azad edilmiş digər şəhərlərimizdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. “Yaşıl iqtisadiyyat”a keçidə töhfə verən sahibkarlıq təşəbbüslərinə dəstək olaraq indiyədək 27 layihəyə 450 min manatdan çox qrant ayrılıb; ətraf mühitin qorunması və alternativ enerji sahəsində imkanların genişləndirilməsi məqsədilə “Yaşıl enerji və təmiz ətraf mühit” mövzusunda ictimai müzakirələr təşkil olunub”, - deyə KOBİA sədri qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri