Kobud qayda pozan yük maşını sürücüləri saxlanıldı DYP dən AÇIQLAMA VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən aparılan nəzarət tədbirləri zamanı "Ford" markalı, 77-VD-114 dövlət qeydiyyat nişanlı evakuatorun və "MAN" markalı, 30-ZB-364 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yol hərəkəti qaydalarını pozması faktı aşkarlanıb. BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitələri stasionar postlarda saxlanılaraq sürücüləri barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati məsuliyyət tədbirləri görülüb. Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərdən, xüsusilə yük və iri tonnajlı nəqliyyat vasitələrinin sahiblərindən yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyi tələb edir və diqqətə çatdırır ki, yollarda təhlükə yaradan hər bir sürücü barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq ən ciddi tənbeh tədbirləri görüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 Sentyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















