Icma.az
close
up
RU
Koçaryan və Sarkisyanın qanlı cinayəti Avropa Məhkəməsində

Koçaryan və Sarkisyanın qanlı cinayəti Avropa Məhkəməsində

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AİHM-in qərarı ədalətin gecikmiş, amma qaçılmaz cəzasıdır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2008-ci il martın 1-2-də İrəvanda keçirilən kütləvi etirazlar zamanı 9 vətəndaşın ölümü ilə bağlı “Farmanyan və başqaları Ermənistana qarşı” işi üzrə qərarını açıqlayıb. “Armenia Today”ın yaydığı məlumata görə, məhkəmənin qərarı AİHM-in rəsmi saytında dərc olunub. Məhkəmə yekdilliklə müəyyən edib ki, Ermənistan hakimiyyəti qurbanların əksəriyyətinin yaşamaq hüququnu pozub. Eyni zamanda, faciə ilə bağlı aparılan istintaqın qeyri-effektivliyi qeyd olunub. AİHM-in məlumatına görə, Ermənistan hakimiyyətinin hərəkətləri Samvel Arutyunyan və Zakar Ovannisyan istisna olmaqla, 9 qurbandan 7-sinin ölümünə birbaşa səbəb olub.

Məhkəmə doqquz epizodun hamısı üzrə müəyyən edib ki, dövlət obyektiv və hərtərəfli araşdırmanı təmin etməyib, həmçinin Avropa Konvensiyasının 38-ci maddəsini pozaraq Məhkəmə ilə əməkdaşlıq üzrə öhdəliklərini yerinə yetirməyib. Qəbul edilmiş qərar çərçivəsində AİHM Ermənistanı mənəvi ziyana görə ərizəçilərin hər birinə – qurbanların doğmalarına 30 min avro kompensasiya ödəməyə məcbur edib. Bundan əlavə, məhkəmə xərclərini ödəmək üçün əlavə 35 min avro ödənilməlidir.

Ermənistan Baş naziri Nikol Paşinyan qərarı şərh edərkən AİHM-in “yalnız aşkar olanı qeydə aldığını” bildirib. Onun sözlərinə görə, 1 mart işi artıq həll olunub və onun materialları milli məhkəmələrdə müzakirə olunur: “Mən ümid edirəm ki, bu qərar bizim hüquq-mühafizə orqanlarımızın nəhayət, effektiv məhkəmə prosesini təmin etmələri üçün yeni stimul olacaq. Ümid edirəm ki, hüquq-mühafizə orqanları təqsirkarların formal deyil, real məsuliyyətdən yayınmalarının qarşısını almaq üçün bir yol tapacaqlar”. O, həmçinin istintaqın ləngidilməsinin qəbuledilməz olduğunu vurğulayıb. “Bu, cinayət işini yenidən nəzərdən keçirmək üçün legitim səbəbdir: bu proses qeyri-müəyyən formullarla nə qədər davam edə bilər?”, – deyə Paşinyan vurğulayıb. “Cinayətin üstü açılıb və bütün faktlar cinayət işlərində öz əksini tapıb”, – deyə baş nazir fikrini yekunlaşdırıb.

Qeyd edək ki, AİHM-in çıxardığı qərar 2008-ci il martın 1-də İrəvanda baş vermiş qanlı hadisələrlə bağlıdır. Həmin ilin fevralın 19-da keçirilmiş prezident seçkilərinin ilkin nəticələri dərc olunandan dərhal sonra prezidentliyə namizəd, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan tərəfdarlarını paytaxtın mərkəzinə – Azadlıq meydanında toplayaraq seçki prosesi zamanı baş vermiş total qanun pozuntularına etirazlarını bildirməyə çağırıb. Ter-Petrosyan və tərəfdarları seçkilərin azad və ədalətli olmadığını iddia ediblər. Onlar fevralın 20-dən başlayaraq gündəlik seçki pozuntularına qarşı kütləvi etiraz aksiyaları keçirərək Azadlıq meydanına və ona bitişik parkda toplaşıblar.

Hakimiyyət orqanlarının nümayişləri dayandırmaq tələblərinə baxmayaraq, etirazlar martın 1-dək davam edib. Martın 1-də sübh çağı 9 günlük etirazlardan sonra polis dəyənəklərdən və elektroşok avadanlıqlarından istifadə edərək meydanda xüsusi əməliyyat keçirib. Polis ərazini bütün nümayişçilərdən təmizləyərək bağlayıb. Həmin vaxt etirazçıların əksəriyyəti hələ də yuxuda idi. Etirazçılar arasında gecəni meydanda keçirən qadınlar, uşaqlar və qocalar da olub.

Etirazçılarla təhlükəsizlik orqanları əməkdaşları arasında baş verən toqquşmada 10 nəfər həyatını itirib. Onlardan 9-u mitinq iştirakçısı, 1-i polis əməkdaşı olub. Təxminən 230 nəfər yaralanaraq, yaxud müxtəlif xəsarətlər alaraq xəstəxanalara müraciət edib. Ter-Petrosyan özü isə polis tərəfindən zorla evinə aparılıb və faktiki olaraq ev həbsinə məhkum edilib.

Buna baxmayaraq, mitinqçilər martın 1-də günorta saatlarında yenidən paytaxtın mərkəzində toplaşmağa başlayıblar. Günün sonuna yaxın etirazçıların və polisin sayı xeyli artıb. Nümayişçilərin sayının artmasına tab gətirə bilməyən hüquq-mühafizə orqanları saat 16:00-da ərazidən sıxışdırılaraq çıxarılıb. Fəallar maneələr qurmaq üçün trolleybus və avtobusları aşırıblar. Axşam saatlarında Myasnikyan meydanında barrikada quran nümayişçilərlə polis arasında toqquşma baş verib. Təxminən saat 22:00-da prezident Robert Koçaryan Ermənistan parlamentinin təsdiqi ilə nümayişləri qadağan edərək və medianı ciddi şəkildə məhdudlaşdıraraq 20 günlük fövqəladə vəziyyət elan edib. Koçaryan öz qərarını onunla əsaslandırıb ki, etirazçılardan bəziləri, guya, Maştots prospektində yaxınlıqdakı mağazaları qarət edib, bir neçə polis maşını və avtobusunu yandırıb, polis əməkdaşlarına ağır xəsarət yetiriblər. Fövqəladə vəziyyət rejimi martın 2-də gecə saat 01:00-da qüvvəyə minib və Ter-Petrosyan Fransa səfirliyi yaxınlığında etirazçıları evlərinə qayıtmağa çağırmağa məcbur olub. Bununla da etirazlara son qoyulub.

Dinc etiraz aksiyasının amansızlıqla yatırılması, 10 nəfərin həlak olması, 230 nəfərin yaralanması, ölkədə fövqəladə vəziyyət rejiminin elan edilməsi beynəlxalq miqyasda geniş rezonans doğurub. Bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları Ermənistan hakimiyyətini törətdiyi vəhşiliyə görə qınayıblar. Onlar yaydıqları bəyanatlarda bildiriblər ki, çadırda gecələyən silahsız, mülki şəxslərə qarşı aşırı güc və zorakılıq tətbiq etmək yolverilməzdir. Beynəlxalq hüquq-müdafiə təşkilatları həddindən artıq güc tətbiq edən polis əməkdaşlarının cəzalandırılmasını tələb ediblər. Ancaq Ermənistan hakimiyyəti bütün çağırışları qulaqardına vurub. Bu qanlı proseslərin yekunu olaraq Xocalı cəlladı, əli erməni xalqı ilə yanaşı Azərbaycan xalqının da qanına batmış Serj Sarkisyan prezident kürsüsünə yiyələnib. Onun adına 52,82 faiz səs yazılıb. Bütövlükdə, bu cinayət hadisəsi Koçaryan–Sarkisyan cütlüyünün, necə deyərlər, ayağındadır.

Koçaryanın varis planı həyata keçirərək Sarkisyanı dövlət başçısı postuna gətirməsi, əslində, köhnə sistemin qorunub saxlanması üçün atılmış addım idi. Bu addım Ermənistan siyasətində uzun illər korrupsiya və oliqarxik maraqların dərinləşməsinə şərait yaratdı. Məhz həmin siyasətin nəticəsində ölkə iqtisadi və sosial baxımdan tənəzzül dövrünü yaşadı. Eyni zamanda, Koçaryan Sarkisyanın hakimiyyətə gəlişini təmin etməklə Qarabağ klanının yol vermiş olduğu cinayətlərə görə mafiyanı gözləyən təqibdən canını qurtarmış olub. Ancaq göründüyü kimi, tam qurtara bilməyib. Ötən ay Ermənistan Baş Prokurorluğu R.Koçaryandan və digər rəsmi şəxslərdən 1 mart hadisələri nəticəsində qurban getmiş şəxslərə və onların ailə üzvlərinə (zərərçəkənlərə) dəymiş 670 milyon dram məbləğində təzminat ödənilməsini tələb etmişdi. Baş Prokurorluq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində həmin hadisələr vaxtı rəhbər vəzifələrdə çalışan şəxslərə qarşı dövlət maraqlarının müdafiəsi ilə bağlı iddia qaldırmışdı.

Bütövlükdə, mart hadisələri Ermənistan tarixində dərin iz buraxmış hadisədir. Bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərar təkcə hüquqi akt deyil, həm də həmin qanlı səhifənin kimlərin məsuliyyətsizliyi və zorakı siyasəti nəticəsində yazıldığının təsdiqidir. AİHM-in qənaəti bir daha göstərdi ki, Ermənistan hakimiyyəti – Koçaryan və onun ən yaxın silahdaşı olan Sarkisyan öz hakimiyyətlərini qorumaq üçün güllə açmaqdan belə çəkinməyiblər.

Ən dəhşətlisi isə odur ki, illər keçsə də bu cinayətin sifarişçiləri və icraçıları hələ də məsuliyyət daşımırlar. Koçaryan və Sarkisyan bu gün özlərini “xalqın xilaskarı” kimi qələmə verməyə çalışırlar. Halbuki hər ikisi Ermənistanın müstəqillik tarixində ən qanlı hadisənin ideya müəllifləridir. Onların hakimiyyəti dövründə dövlət institutları xalqın deyil, hakimiyyətin şəxsi mühafizə dəstəsinə çevrilmişdi. Polis və ordu etirazçıların üstünə göndərildi, insanlara qarşı odlu silahdan istifadə olundu. Bu, vətəndaşla dövlət arasındakı etimadın tam şəkildə məhv edilməsi idi.

Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov mövzu ilə bağlı XQ-yə bildirdi ki, AİHM-in məlum qərarı təkcə Ermənistan dövlətinə deyil, həm də bu faciənin müəlliflərinə birbaşa zərbədir. Onun sözlərinə görə, məhkəmə faktiki olaraq təsdiqləyib ki, hakimiyyətin zorakı siyasəti nəticəsində dinc etirazçılar həyatını itirib, istintaq isə bilərəkdən qeyri-effektiv aparılıb: “Əslində, AİHM-in qərarı Koçaryan–Sarkisyan cütlüyünün siyasi irsini məhv edən sənəddir. Çünki Avropa məhkəməsi açıq şəkildə göstərir ki, dövlət xalqı qorumaq əvəzinə, xalqın üstünə silahlı qüvvə yeridib. Koçaryan və Sarkisyanın məsuliyyətini gizlətmək cəhdləri də indi nəticəsizdir. Qurbanların ailələrinə təyin olunan kompensasiya bu şəxslərin qanlı qərarlarının maddi ifadəsidir”.

Politoloq onu da qeyd etdi ki, bu qərar Ermənistanda revanşist dairələrin Koçaryanı və Sarkisyanı yenidən siyasi səhnəyə qaytarmaq planlarına ağır zərbə vurur: “Çünki Avropa Məhkəməsinin mövqeyi onların adını yalnız qanlı repressiya və insan hüquqlarının pozulması ilə bağlayır. Ermənistan cəmiyyəti üçün bu, bir siqnaldır ki, keçmişin köhnəlmiş, zorakı liderləri ölkəni gələcəyə apara bilməz”.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri