Koçaryana təbrik, Paşinyana mesaj Putin hərbi caniyə “dözüm” arzulayıb
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı ad günü münasibətilə təbrik edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putin təbrik teleqramında bu hərbi caniyə "çətinliklər qarşısında dözümlülük" arzulayıb.
"Rusiya ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına şəxsi töhfənizi unutmayıb. Sizə sizin və ailənizin hazırda üzləşdiyiniz çətinliklər qarşısında səmimi qəlbdən cansağlığı, mənəvi güc və dözümlülük arzulayıram", - Putinin ismarıcında deyilir.
Bu, Nikol Paşinyanın baş nazir olduğu vaxtdan bəri Putinin Koçaryana ilk təbriki deyil. Hər il Putin xüsusi olaraq onu təbrik edir və bu “ənənə” heç də keçmiş SSRİ respublikalarının bütün sabiq başçılarına aid deyil. Bu təbriklərin məzmunu da hər zaman Kremlin Koçaryan və onun klanına stavka etməkdə davam etdiyinin göstəricisi və Paşinyan hakimiyyətinə ismarıcı olub.
İndi də bir daha görünür ki, Kreml Paşinyanın məlum korrupsiya ittihamları ilə həbsə atdırdığı və bölgəmizdəki separatizmin, terrorçuluğun simvollarından biri olan bu cinayətkara “sahib çıxmaqdan” vaz keçmir.
C.Məmmədli
“AzPolitika.info”
Baxış sayı:152
Bu xəbər 31 Avqust 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















