Icma.az
close
up
RU
Koçaryanın 2004 cü il AŞPA yalanı

Koçaryanın 2004 cü il AŞPA yalanı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxud Xocalı cəlladının müdafiəsi üçün qabardılan cəfəngiyyat

Deməli, Ermənistanın Apellyasiya Məhkəməsi ölkənin ikinci prezidenti, Xocalı cəlladı, əli yüzlərlə dinc azərbaycanlının qanına batmış Robert Koçaryanın həbsindən şikayəti rədd edib. Yəni bu, o deməkdir ki, Robert dəmir barmaqlıqlar arasında qalacaq. Amma vurğulamaq istədiyimiz məqam bu deyil.

Mətləbə keçməzdən əvvəl deyək ki, Ermənistan Prokurorluğunun məlumatına görə, Koçaryana qarşı həm konstitusiya quruluşunu devirmək, həm də xüsusilə külli miqdarda rüşvətalma ittihamı irəli sürülüb. Ümid edək ki, bu cəllad ömrünün sonunadək həbsdən çıxmayacaq. Ancaq onun azadlığa qovuşmasını istəyənlər var.

Ermənistan xaricindəki qüvvələri bir kənara qoyaq. Hiss olunur ki, Robertin böyük rus dostu onu düşdüyü durumdan çıxarmaq iqtidarında deyil. Baxmayaraq ki, birincinin ikinciyə, az qala, yalvardığını, ondan Rusiyada sığınacaq istədiyini əks etdirən səs yazısı yayılmışdı.

Əlqərəz, Ermənistan daxilində Koçaryanın sərbəst buraxılmasına çalışan ölkənin revanşist və şovinist kəsimidir. Yəni böyük ölçüdə, Robertin müdafiəsinə qalxan kimsə yoxdur. Kiçik ölçüdə isə belələri var. Məsələn, Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan.

Deməli, B.Mikoyan mətbuat konfransı keçirib və 2004-cü ilə aid videogörüntü nümayiş etdirib. O görüntüdə Koçaryan saxta sentimentalizmini işə salaraq, 1988-ci ildən övladlarının uşaqlıqdan məhrum olunduqlarını, 1991-1994-cü illərdə Azərbaycan aviasiyasının bombardmanları altında zirzəmilərdə yaşadıqlarını bildirib: “Deməliyəm ki, 1988-ci ildən etibarən övladlarım uşaqlıqdan məhrum olundular. Mənim üç övladım var. Böyük oğlumun 7 yaşı vardı. 1991–1994-cü illərdə isə onlar Azərbaycan aviasiyasının bombardmanları altında zirzəmilərdə yaşayırdılar”.

Qeyd edək ki, R.Koçaryan bu fikirləri Avropa Şurası Parlament Assambleyasının 2004-cü il iyunun 23-də keçirilmiş iclasında səsləndirib. Daha dəqiq desək, həmin vaxt qurumda ölkəmizin nümayəndə heyətinin üzvü olmuş Rafael Hüseynov Robertə Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı sual ünvanlayıb. R.Hüseynov Koçaryanın Şuşanın işğalında rol oynamasından fəxr etdiyini bildirməsinə və Xocalıya hücumda iştirakına dair məlumatlara söykənərək, ondan iki dövlət arasındakı münaqişənin həllində həqiqətən maraqlı olub-olmadığını soruşub. Yəni Robert saxta sentimentalizmini məhz bu suala cavab verərkən işə salıb və ağ yalan danışıb. Yalan nədən ibarətdir, bu barədə söz açacağıq.

Məsələ ondadır ki, R.Koçaryanın çıxışında diqqətə çatdırdığımız ifadə AŞPA-nın rəsmi steneoqramında yer almayıb. Onu Azadlıq Radiosu 2004-cü il iyunun 24-də yayıb. Görəsən, nəyə görə? Yəni nə üçün prezident postunu tutan şəxsin çıxışı rəsmi stenoqramdan çıxarılıb? Ola bilərmi ki, AŞPA Ermənistana qarşı qərəzli mövqe tutub? Xeyr, bu, mümkün deyil. Əksinə, Avropa Şurasının daim erməni maraqlarının müdafiəçisi olduğu, bu gün də eyni “kursu” davam etdirdiyi birmənalıdır. Deməli, başlıca məqam anonsunu verdiyimiz yalandır.

Diqqət yetirək, Koçaryanın 3 övladı var. 1981-ci il təvəllüdlü Sedrak, 1983-cü il təvəllüdlü Qayane və 1985-ci il təvəllüdlü Levon. Levon hazırda Ermənistan parlamentinin deputatıdır və atasının quldur qruplaşmasını təmsil edir. O Levon ki, çox tez-tez Baş nazir Nikol Paşinyanla, belə demək mümkünsə, söz davasına çıxır və hər dəfə də Nikol, loru dildə desək, onun ağzından vurur.

Beləliklə, yalan budur ki, Azərbaycan aviasiyası 1991-1994-cü illərdə Qarabağı bombardıman etmişdisə, həmin vaxt Koçaryanın böyük oğlunun 7 yaşı ola bilməzdi. Axı Robert 2004-cü ildə “böyük oğlumun 7 yaşı vardı” deyərkən, 1981-ci il təvəllüdlü Sedrakı nəzərdə tuturdu. Yəni 1981-ci il təvəllüdlü Sedrak 1991–1994-cü illərdə təxminən 10–13 yaşlarındaydı. Belə düşünmək mümkündür ki, Koçaryanın həmin vaxt ailəsindən xəbəri olmayıb. Deməli, ermənipərəst AŞPA onun fikirlərini stenoqramdan çıxarmalı idi ki, yalanı üzə çıxmasın.

Məsələ ondadır ki, R.Koçaryan müəllifi olduğu “Həyat və azadlıq” kitabında da AŞPA-da səsləndirdiyi fikri qələmə alıb. O, nəşrdə 1992-ci il fevralın 20-də Xankəndinin atəşə tutulması nəticəsində həyat yoldaşı Bellanın qəlpə yarası aldığını yazıb. Koçaryan atəşin Kosalar kəndindən açıldığını bildirib. O kənd ki, üç tərəfdən düşmənlə əhatə olunmasına baxmayaraq, ən son günədək erməni işğalçılarına, sözün əsl mənasında, qan uddurub. O kənd ki, erməni silahlı birləşmələri onu 1992-ci il mayın 7-də ələ keçirmək istəyib, lakin buna müvəffəq olmayıb. Maraqlıdır ki, bir kəndi tuta bilməyib ciddi itki verən həmin qüvvələr mayın 8-də Şuşanı işğal ediblər...

Nə isə, Koçaryan kitabında həyat yoldaşının yaralanmasından sonra ailəsini, guya Bellanın sağalması üçün qohumlarının yaşadığı kəndə göndərdiyini yazıb. Görəsən, söhbət hansı kənddən gedir? Niyə Robert o kəndin adını çəkmir? Əgər Xankəndi atəşə tutulurdusa, aydındır ki, ətrafda təhlükəsiz kənd ola bilməzdi. Deməli, Koçaryan ailəsini Ermənistana aparıb. Əlbəttə, Bellanın həmin vaxt Xankəndidə olduğu və yaralandığı yalan deyilsə.

Tam əminliklə demək olar ki, Koçaryan ağ yalan danışır. Diqqət yetirək, onun övladlarından heç birinin Xankəndidə orta təhsil aldığına dair məlumat yoxdur. Ancaq onların bu şəhərdə anadan olduqları bildirilir. O hesaba qalsa, Robert özü Daşkəsəndə doğulub. Necə olub ki, doğulub, bu barədə bilgi də var, anasının onu Daşkəsəndən çıxarıb Xankəndiyə yerləşdirməsinin səbəbləri ilə bağlı məlumat da...

Sonda onu da deyək ki, Ermənistanın ikinci prezidentinin ofisinin rəhbəri Baqrat Mikoyan barəsində söz açdığımız videogörüntünü yayarkən, ağasına xeyir vermək, onun həm məzlum, həm də qəhrəman obrazını formalaşdırmaq istəyib. İstəyib ki, cəmiyyətdə Koçaryanın həbsi ətrafında ajiotaj yaransın. Təxminən, belə: baxın, Koçaryan və ailəsi necə böyük çətinliklər görüb, erməni maraqları naminə müsibətlərə qatlaşıb və cəsarət göstərib, belə bir şəxsin həbsxanada olması düzgün deyil və sair, ilaxır. Bir sözlə, cəfəngiyyat.

Əvəz RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see363

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see350

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see247

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see247

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see236

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see232

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see223

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see177

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see176

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see165

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see160

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see152

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see150

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see150

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri