Icma.az
close
up
RU
Koçaryanla Sarkisyan Bakıya verilə bilər? CAVAB

Koçaryanla Sarkisyan Bakıya verilə bilər? CAVAB

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət işi üzrə ölkənin iki keçmiş prezidenti - Robert Koçaryan və Serj Sarkisyan ittiham olunan şəxslər sırasındadır. Onlar barəsində həbs-qətimkan tədbiri seçilib.

Keçmiş prezidentlər barədə başladılan cinayət işi onların Azərbaycana mümkün ektradisiya məsələsini də gündəmə gətirib. Çünki onlar çoxdandır ki, Azərbaycan tərəfindən beynəlxalq axtarışa veriliblər.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentləararası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, Robert Koçaryan Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə yanaşı, öz xalqına qarşı da qanlı hadisələrdə məsuliyyət daşıyır:

“Robert Koçaryan qatil və cinayətkardır. O, təkcə Azərbaycan xalqına qarşı deyil, öz xalqına qarşı da qanlı cinayətlər törədib. Sadəcə, həmin cinayətlərin üzərindən uzun müddət keçib və bu məsələlərdə müddətlə bağlı hüquqi məqamlar var. 2008-ci il seçkiləri zamanı Serj Sarkisyanın prezident elan edilməsi prosesində baş verən hadisələrdə 10-dan çox insan öldürülüb, 100-ə yaxın şəxs yaralanıb. Ermənistanda isə hazırda Koçaryanın qanlı cinayətlərindən daha çox korrupsiya və oğurluq məsələləri araşdırılır. Hər bir halda, Serj Sarkisyan və Robert Koçaryanın Azərbaycana təhvil veriləcəyini gözləmək cəfəngiyyatdır. Robert Koçaryanın və Serj Sarkisyanın Ermənistan dövlətinə qarşı törətdiyi əməllərlə bağlı istintaq başladılıb".

Deputatın fikrincə, Koçaryanı daha çox Ermənistan məhkəməsinin qərarı "yandıra bilər":

"Onu korrupsiyaya görə 10 il həbs etsinlər, bunun fərqi yoxdur. Bununla Azərbaycana qarşı törətdikləri cinayətlərə görə də cəzalarını çəkəcəklər. Bəlkə də, Ermənistan məhkəməsi Azərbaycan məhkəməsinə baxanda onu bu baxımdan daha çox yandıra bilər. Çünki bizim əlimizdə onsuz da onların cinayətkarları var. Qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbərləri və digər şəxslər Azərbaycan məhkəməsi tərəfindən ömürlük və ya uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. Ona görə də Robert Koçaryanın Bakıya təhvil veriləcəyini gözləmək lazım deyil”.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Koçaryan və Sarkisyanın Azərbaycana ekstradisiyasının qarşısında bir sıra ciddi hüquqi və siyasi maneələr var.

Onun sözlərinə görə, əsas maneələrdən biri Ermənistanın konstitusion və qanunvericilik normalarıdır:

“Ermənistan Respublikasının Konstitusiyası öz vətəndaşlarının xarici dövlətlərə verilməsinə qarşı kifayət qədər sərt mövqe nümayiş etdirir. Konstitusiyanın 55-ci maddəsinin 2-ci bəndində bu məsələ açıq şəkildə təsbit olunub. Ermənistan vətəndaşının başqa dövlətə təhvil verilməsi yolverilməz hesab olunur. Bu baxımdan Robert Koçaryan və Serj Sarkisyan Ermənistan vətəndaşı statusunu daşıdıqları üçün onların Azərbaycana ekstradisiyası Ermənistanın konstitusion tələbləri ilə ziddiyyət təşkil edir. Doğrudur, Konstitusiyada beynəlxalq müqavilələrlə bağlı müəyyən istisnalar nəzərdə tutulur. Lakin bu konkret halda həmin istisnanın tətbiqi üçün zəruri hüquqi baza mövcud deyil. Azərbaycanla Ermənistan arasında cinayət törətməkdə təqsirləndirilən şəxslərin ekstradisiyasını nəzərdə tutan ikitərəfli beynəlxalq müqavilə yoxdur. Eyni zamanda, Ermənistanın öz vətəndaşlarının başqa dövlətlərə verilməsini nəzərdə tutan müvafiq çoxtərəfli beynəlxalq konvensiyaya tərəf olması məsələsi də mövcud vəziyyətdə bu mexanizmin tətbiqinə imkan vermir. Ermənistan Cinayət Məcəlləsinin müvafiq müddəaları da bu vəziyyəti daha da sərtləşdirir. Cinayət hüququ baxımından Ermənistan vətəndaşlarının xarici dövlətlərə ekstradisiyasına dair qadağa mövcuddur və bu məsələdə manevr imkanları olduqca məhduddur. Yəni şəxslərin beynəlxalq axtarışda olması belə həmin qadağanı aradan qaldırmır. Bundan əlavə, ekstradisiyanın rədd edilməsi üçün başqa hüquqi əsaslar da mövcuddur. Şəxsin təhvil veriləcəyi ölkədə siyasi təqibə məruz qalma ehtimalı, işgəncə və ya qeyri-insani, ləyaqəti alçaldan rəftar riski, eləcə də ədalətli məhkəmə araşdırmasının təmin olunmaması kimi hallar ekstradisiyanın həyata keçirilməsinə maneə yarada bilər”.

                          

Ə.Nuriyev hesab edir ki, hüquqi maneələrlə yanaşı, məsələnin siyasi tərəfi də Koçaryan və Sarkisyanın Azərbaycana təhvil verilməsini real ssenaridən uzaqlaşdırır:

“Belə bir tələbin irəli sürülməsi və təmin edilməsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə ciddi zərər vura bilər. Eyni zamanda, bu məsələ Ermənistanın daxili siyasi sabitliyinə də təsir göstərə bilər. Ermənistanda parlament seçkiləri keçirilib və Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə çoxluq əldə edib. Lakin konstitusion çoxluğun olmaması, ölkə daxilində ciddi siyasi qarşıdurmanın mövcudluğu və Ermənistan cəmiyyətində Qarabağ münaqişəsindəki məğlubiyyətin yaratdığı psixoloji vəziyyət nəzərə alınmalıdır. Belə bir şəraitdə Koçaryan və Sarkisyanın Azərbaycana verilməsi Ermənistan daxilində ciddi siyasi reaksiyalara səbəb ola bilər. Mən hesab edirəm ki, Robert Koçaryan və Serj Sarkisyanın Azərbaycana ekstradisiyası Ermənistan konstitusiyasının və vətəndaşlıq prinsipinin yaratdığı məhdudiyyətlər səbəbindən mümkün deyil. Ermənistan Cinayət Məcəlləsində də bununla bağlı ciddi qadağalar mövcuddur. Eyni zamanda, beynəlxalq hüquq baxımından da zəruri hüquqi baza yoxdur. Bütün bunlarla yanaşı, ekstradisiyaya mane olan digər hüquqi şərtlər və siyasi reallıqlar da mövcuddur. Ona görə də Robert Koçaryan və Serj Sarkisyanın Azərbaycana təhvil verilməsi nə hüquqi, nə də siyasi baxımdan real görünür. Bu məsələnin hətta siyasi danışıqlar çərçivəsində gündəmə gətirilməsi belə mövcud hüquqi maneələr səbəbindən real ekstradisiya proseduruna çevrilə bilməz. Bu səbəbdən onların Azərbaycana verilməsini mümkün hesab etmirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri