Icma.az
close
up
RU
Köçəryan, Karapetyan, Tsarukyan: Paşinyan onları həbs etdirəcək

Köçəryan, Karapetyan, Tsarukyan: Paşinyan onları həbs etdirəcək

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paşinyan seçkidəki qələbəsi rəsmiləşdikdən sonra edəcəyi işləri açıqlayıb. O bildirib ki, Ermənistanda cinayətkar-oliqarxik sistem tamamilə məhv edilməlidir.

"Cebheinfo.az" xəbər verir ki, Baş nazir Nikol Paşinyan parlament seçkilərindən sonra ilk mətbuat konfransını keçirib.

"Bu qüvvələrin liderləri sizə məlum olan işlər üçün Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş prosedurlara uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Cinayətkar oliqarxiya çox tez bir zamanda aktivlərindən məhrum edilməlidir.

Bu, qanunsuz aktivlərin müsadirə edilməsi, cinayət məsuliyyətinə cəlb və dövlət maraqlarının qorunması yolu ilə həyata keçiriləcək. Bunlar siyasi qüvvələr deyil, cinayətkar-oliqarxik sistemin nümayəndələridir. Onlar Ermənistanda fəaliyyət göstərməməlidirlər", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, 5 iyunda keçirilən mitinqdə Paşinyan yenidən müxalifət liderləri Robert Köçəryanı, Samvel Karapetyanı və Qaqik Tsarukyanı cinayətlərdə ittiham edərək, onları cinayət məsuliyyətinə cəlb etməklə hədələmişdi.

Paşinyan rəhbərlik etdikləri siyasi partiyaları yenidən "üçbaşlı müharibə partiyası" adlandıraraq, 7 iyun 2026-cı il seçkilərində parlamentə girməməli olduqlarını bildirmişdi

"Köçəryan seçkilərdən dərhal sonra həbs olunmalı və 1 mart 2008-ci il cinayətinə görə məhkəməyə verilməlidir. 1 mart işində günahkar olanlar uzun illər həbs cəzası çəkməlidirlər. Baş Prokurorluq onun ailəsindən qanunsuz əldə edilmiş 200 milyon dollarlıq əmlak və maliyyə vəsaiti tələb edir və məhkəmə sistemi bu oğurlanmış əmlakı Ermənistan Respublikasına qaytarmalıdır", - deyə Paşinyan bildirib.

Hökumət başçısı, həmçinin "Güclü Ermənistan" Partiyasının lideri və "Taşir Qrupu"nun prezidenti Samvel Karapetyana qarşı təhdidlər səsləndirərək onu "hərbi hissələrdə elektrik sayğaclarını saxtalaşdıran Kaluqa oliqarxı" adlandırıb.

"O, bununla da ordunu soyub və ciddi şəkildə məsuliyyətə cəlb olunmalıdır. Kaluqa oliqarxı həmçinin 300.000 azərbaycanlı haqqında yalan, casusluq hekayəsini Ermənistanın daxili siyasi gündəliyinə daxil etdiyinə görə cavab verməlidir", - deyə o bildirib.

Paşinyan "Çiçəklənən Ermənistan" Partiyasının lideri və "Multi Group" şirkətinin prezidenti Qaqik Tsarukyanla bağlı bildirib ki, Baş Prokurorluq ondan 300 milyon dollardan çox qanunsuz aktivlərin müsadirə edilməsini tələb edir və məhkəmə sistemi oğurlanmış əmlakı ən qısa müddətdə dövlətə və xalqa qaytarmalıdır.

"Tsarukyan, onun cilovsuz silahdaşları və oğlu törətdikləri cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar".

Xəzər

"Cebheinfo.az"
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyun 2026 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri